Ərdoğan növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib
Tarix: 25.08.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar parlament seçkilərin keçirilməsinə dair qərar verib.
Rəcəb Tayyib Ərdoğanın müvafiq bəyanatı dövlət başçısının saytında dərc edilib. Bundan əvvəl Ərdoğan ölkədə noyabrın 1-də erkən parlament seçkilərinin keçirilməsinin mümkünlüyünü ifadə edib.
“Bütün partiyalarla keçirilən danışıqlara baxmayaraq, yeni hökumət qurmaq mümkün olmayıb. Bu səbəbdən prezident yeni seçkilərin keçirilməsinə dair qərar verib”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar parlament sədri İsmət Yılmazla üç saat davam etmiş görüşdən sonra dərc edilib.
Türkiyə tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək. Türkiyə Konstitusiyasına əsasən, koalisiya hökuməti qurmaq üçün seçkilərdə qələbə qazanmış partiya liderinə mandat verildikdən sonra 45 gün ərzində hökumətin qurulmadığı halda növbədənkənar seçkilər keçirilir.
Qeyd edək ki, seçkiqabağı dövrdə ölkəni hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və kürdyönümlü Xalqların Demokratiyası Partiyasının (HDP) üzvlərindən yaradılacaq müvəqqəti hökumət idarə edəcək. Digər iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) müvəqqəti hökumətdə təmsil olunmaqdan imtina ediblər. Onların müvəqqəti hökumətdəki yerini heç bir partiya üzvü olmayan nazirlər tutacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info