Millət vəkili dağ kəndində məktəb tikdirib
Tarix: 25.08.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Millət vəkili Elxan Süleymanov hər il olduğu kimi bu il də yüksək balla ali məktəblərə daxil olmuş gənc Şamaxı sakinləri, onların valideynləri, müəlllimləri ilə görüşüb. Görüş millət vəkilinin Şamaxıdakı qərargahında baş tutub.
Ölkənin aparıcı ali təhsil müəssisələrində oxuyacaq Elimxan Cəbrayılovu, Turab Eybalıyevi, Mehriban İsgəndərovanı, Şikar Zərbalıyevi, Nərgiz Məmmədovanı, Ağaxan Mehrəliyevi, Mətləb Qarayevi, Tural Bayramlını və Yusif Abdullayevi təbrik edən Elxan Süleymanov gənclərin hər birinə özünün 2011-ci ildə təsis etdiyi, yüksək balla ali məktəbə daxil olan gənc şamaxılılara verdiyi aylıq təqaüdü təqdim edib.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev də çıxış edib, Şamaxıda ildən-ilə yüksək balla ali məktəbə daxil olan gənclərin sayının artmasını vurğulayıb. Şamaxı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ismayil Manafov da Şamaxı təhsilindən danışıb.
Tədbirdən dərhal sonra Elxan Süleymanov rayon mərkəzindən 30 km aralıda yerləşən ucqar Ərçiman kəndinə yola düşüb. Millət vəkili öz təşəbbüsü və dəstəyi ilə inşa etdirdiyi yeni məktəb binasının qarşısında yerli sakinlərlə görüşüb.
Dəniz səviyyəsindən 1500-1550 m hündürlükdə yerləşən Ərçiman kəndindəki Cavanşir İslamov adına məktəbin yeni korpusunun açılışı dərs ilinin ilk günündə baş tutacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info