Montoneqro Azərbaycandan üzr istədi
Tarix: 25.08.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Montoneqro, Tivat hava limanında baş vermiş yalnışlığa görə Azərbaycandan üzr istəyib. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bir qrup Azərbaycan Respublikası vətəndaşı Xarici İşlər Nazirliyinə müraciət edərək Monteneqronun Tivat hava limanından çarter reysi ilə Bakıya uçuş edən zaman YM6184 saylı reys barəsində hava limanının mərkəzi məlumat lövhəsində Bakı şəhərinin əvəzinə İrəvan yazılmasından ciddi narahat olduqlarını bildiriblər:
“Əsasən ailə üzvləri ilə birlikdə turist səfərində olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən təhlükəsizlik məsələlərini nəzərə alaraq, hava limanının nümayəndələrinə bu narahatlıq ifadə olunsa da, məlumat lövhəsində lazımı düzəlişlər edilməyib”.
H.Hacıyev deyib ki, Azərbaycan vətəndaşlarının narahatlığını nəzərə alaraq, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi məsələ ilə əlaqədar Tivat hava limanının rəhbərliyinə müraciət edib:
“Tivat hava limanının direktoru Damir Pinjatic tərəfindən diplomatik nümayəndəliyimizə göndərilmiş məktubda Tivat hava limanının rəhbərliyi adından Azərbaycan vətəndaşlarının haqlı narahatlığı və narazılığına səbəb olan bu məsələyə görə rəsmi qaydada üzrxahlıq ifadə olunub. Bunun heç bir halda məqsədyönlü xarakter daşımadığı, gərgin uçuş dövründə əməkdaşlardan birinin mexaniki səhvi əsasında baş verdiyi və həmin əməkdaş barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü bildirilib”.
H.Hacıyev əlavə edib ki, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə olan zaman qanuni əsasda hüquqlarının qorunması və lazımı konsulluq dəstəyinin göstərilməsi Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin prioritet vəzifələrindən biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info