Gürcüstandan Abxaziyaya Rusiya qoşunlarının daxil olmasını pisləyən bəyanat
Tarix: 25.08.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Abxaziya ərazisinə Rusiya dəmir yolu qoşunlarının daxil olması ilə bağlı bəyanat yayıb.
Bəyanatda Rusiya qoşunlarının Oçamçire-İnquri istiqamətində dəmir yolunun bərpa işləri bəhanəsi ilə dəmir yolu qoşunları 2015-ci il avqustun əvvəllərindən Abxaziya ərazisinə gətirilib. Faktla bağlı XİN bildirib ki, ötən müddət ərzində Rusiya tərəfdən Gürcüstana qarşı dəfələrlə qeydə alınmış təxribat xarakterli addımlar atılıb.
Bəyanatda qeyd olunub ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstana müdaxilə etməmişdən əvvəl qeyri-qanuni olaraq Abxaziya bölgəsində dəmir yolunu bərpa etməyə başlamaq üçün Gürcüstana dəmir yolu qoşunlarını yeridib və sonra hərbi əməliyyatlar zamanı hərbi hissələrin və texnikanın daşınması üçün bu qoşunlardan effektli şəkildə istifadə edib.
Xarici İşlər Nazirliyi Moskvanın növbəti təcavüzkar və təxribat hərəkətlərini pisləyir və qəti şəkildə işğalçı rejiminin dərhal Gürcüstanın işğal olunmuş Abxaziya ərazisində qanunsuz fəaliyyətini dayandırmağı tələb edir.
Bəyanatda Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasından 12 avqust 2008-ci ildə bağlanan atəşkəs rejiminin şərtlərinə, o cümlədən beynəlxalq hüququn fundamental prinsipləri və öhdəliklərinin yerinə yetirilməsinə hörmətlə yanaşmağı tələb edib.
Gürcüstan XİN beynəlxalq ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarşı Rusiyanın qanunsuz yönəldilmiş siyasətinə düzgün qiymət verməyə və Rusiya tərəfindən növbəti təcavüzün qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info