Iqtisadçı alimdən avro proqnozu
Tarix: 25.08.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Son günlər avronun dollara nisbətən məzənnəsində kəskin artımlar müşahidə edilir. İqtisadçı alim Vüqar Bayramov hələ avqustun əvvəlində avronun məzənnəsinin yüksələcəyi ilə bağlı doğru proqnoz verərək qısa müddətli dollar aktivlərini Avropa puluna çevirməyi təklif etmişdi. Azərbaycanlı alimin proqnozundan sonran avro dollara nisbətən 7 faizə yaxın bahalaşıb. Aldığımız məlumata görə, bu ayın əvvəlləri Vüqar Bayramovun son proqnozu mətbuatda yayılandan sonra bir sıra şirkətlər və iş adamları qısa müddətli dollar və manat aktivlərini avroya çevirib indi sataraq ciddi gəlir əldə edə biliblər. Qeyd edək ki, hər milyon dollarlıq vəsait qısa zamanda 70 min dollar gəlir gətirib.
Əməkdaşımızla söhbətində Vüqar Bayramov bildirib ki, avronun dəyər qazanacağı ilə bağlı proqnozu Çin yuanın develvasiyası və Amerika Birləşmiş Statlarında (ABŞ) müşahidə edilən iqtisadi tənəzzül ilə bağlı idi. Dünya valyuta bazarında avronun hətta qısa müddətli dövrdə olsa da belə güclənəcəyi gözlənilirdi. Çin yuanının məzənnə itirməsi beynəlxalq maliyyədə “İki Ölkə” modelinə uyğun olaraq ABŞ da öz məzənnə siyasətinə dəyişiklik edəcəyini qaçılmaz etmişdi. ABŞ öz valyutasını yumşaltmaqla Çinin qlobal bazarda genişlənməsinin qarşısını aldı. Çünki yuanın dəyərsizləşməsi fonunda sabit dollar Birləşmiş Ştatlar üçün daha ucuz Çin malları demək idi. ABŞ isə Çinin qlobal iqtisadi genişlənməsində heç də maraqlı görsənmir. Eyni zamanda, son dövrədək dəyər itirən avronun son həftələrdəki bahalaşması köhnə qitənin ixrac qabiliyyətinə mənfi təsir göstərmir. Arvonun möhkəmlənməsi eləcə də Avrozonanın aparıcı dördlüyündə vəziyyətin stabilləşməsi ilə bağlıdır.
İqtisadçı alim bildirib ki, iş adamlarından bəzi ona zəng edərək həmin proqnoza baxdıqdan sonra öz qısa müddətli dollar ehtiyatlarını avroya çevirdiklərini və son həftələr Avropa pulunun möhkəmlənməsi nəticəsində xeyili gəlir əldə etdiyini bildirdi. Təbii ki, yerli iş adamlarının valyuta bazarında proqnoz-dəyişikliklərdən istifadə edib öz maliyyə likvidliyini gücləndirməsi çox yaxşıdır.
Vüqar Bayramov əlavə edib ki, ABŞ səhm bazarı avqustun son iş həftəsinə ciddi tənəzzül ilə başlayıb. Bu isə qlobal iqtisadiyyat üçün heç də yaxşı mesaj sayılmır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info