Lənkəranda tədris ili öncəsi tədbirlər keçirilib
Tarix: 25.08.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Addım Gənclər təşkilat, Gənclər üçün Təhsil Mərkəzi 2015-ci il yeni tədris ili ərəfəsində Lənkəran Mədəniyyət Evinin "Yurdum, yuvam məskənimsən- Azərbaycanım" adlı tədbirinə qatılıb. Lənkəran şəhəri və ətraf kəndlərdə davamlı olaraq təşkil olunan tədbirlərin məqsədi yerli əhalinin iştirakı ilə milli mədəniyyət nümunələrimizi və yeni nəsildə vətənpərvərlik hissini təbliğ etməkdir. Bu həftə ardıcıl olaraq Lənkəranın Nərimanabad və Şağlaser kəndlərində layihə çərçivəsində konsert proqramları təşkil olunub. Tədbirdə giriş sözü ilə Lənkəran Mədəniyyət Evinin rəhbəri tanınmış ziyalı Hafiz Mirzə çıxış edib. Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və Addım Gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış ediblər. Daha sonra yerli sakinlərin Lənkəran Mədəniyyət evi ilə birgə hazırladığı proqram təqdim olunub. Tədbirdə "Hər kəs üçün Təhsil" kampaniyası çərçivəsində orta məktəb şagirdlərinə məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Konsert Azərbaycanı Bolqarıstanda keçirilən Discovery İnternational Pop Festivalda təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə yekunlaşıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub
16.08.2019
Hava proqnozunun verilməsi çətinləşib
16.08.2019
“Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info