AİB-in kredit üzrə faktaraşdırıcı missiyası Azərbaycana gəlir
Tarix: 25.08.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Asiya İnkişaf Bankın (AİB) təklif etdiyi Elektrik Enerjisinin Paylanmasının İnkişafına dair İnvestisiya Proqramı üçün kredit üzrə faktaraşdırıcı missiyası 24 avqust - 7 sentyabr tarixində Azərbaycana səfər edəcək.
Bankın Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, missiyaya AİB-in enerji məsələləri üzrə baş mütəxəssisi Tianhua Luo rəhbərlik edəcək. Missiya Azərbaycan hökuməti və “Azərişıq” ASC ilə layihənin “design”, “outputs”, qiyməti, maliyyələşdirmə və həyata keçirilmə planına, satınalma məsələlərinə, “safeguards” və digər məsələlərə aid olan sənədlərin müzakirəsini aparacaq.
Missiyanın gəlişi respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədi ilə AİB və Azərbaycan hökuməti arasında 5 may 2015-ci ildə Bakıda keçirilən AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində imzalanmış anlaşma memorandumunun nəticəsidir.
AİB təklif etdiyi investisiya proqramını 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı maliyyələşmə mexanizmi vasitəsilə dəstəkləyəcək. Proqramın ilk mərhələsi üçün 250 milyon dolların ayrılması nəzərdə tutulur. Vəsait elektrik xəttlərin və yarım stansiyaların yenilənməsi və təkmilləşməsi, rəqamsal electric sayğacların quraşdırılması üçün xərclənəcək. “Azərişıq” ASC-nin operator və maliyyə potensialının inkişaf etdirilməsi də proqramda nəzərdə tutulur.
Azərbaycan hökumətin investisiya proqramı çərçivəsində 250 mln. dollar xərcləyəcəyi gözlənilir.
Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48-ci Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2014-cü ildə AİB-in ümumi yardımı 22,9 mlrd. dollar olub. Bundan 9,2 mlrd. dollar birgə maliyyələşdirməyə yönəldilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info