“1in”: “Ermənistan kəndləri boşalır”
Tarix: 04.02.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Atsavan kəndinin sakinlərinin çoxu keçən il götürdükləri kreditləri ödəyə bilmirlər”


Ermənistanda vəziyyət hər ötən gün daha da pisləşir. Bunu mediada əksini tapan yazılardan da görmək mümkündür. “1in” bu barədə növbəti məqaləsini dərc edib. Həmin məqaləni oxucularımıza təqdim edirik:
“Atsavan kəndinin sakinlərinin çoxu keçən il götürdükləri kreditləri ödəyə bilmirlər. Kəndin icma rəhbəri Ş.Marqaryan bildirib ki, problem kənd təsərrüfatı məhsullarının ucuzlaşması nəticəsində yaranıb: “Ötən il kartof əvvəlki illə müqayisədə bir qədər ucuz idi və əldə edilən gəlir həddindən çox az idi və kəndli bu qiymətə öz məhsulunu sata bilmirdi. Kənd sakinləri köhnə borclarını ödəmək üçün yeni kreditlər götürmək məcburiyyətində qalırdılar və yaxud köhnə kredit borclarını yenidən bərpa edirdilər”.
O qeyd edib ki, kənddə kredit borclarını ödəməyə gecikən bir neçə ailə var. Ailələr var ki, mal-qara alıb, lakin onu əlverişli qiymətə sata bilmədikləri üçün yenidən satıb kreditlərini ödəyiblər. Bəzi kənd sakinləri kartof və sarımsaq tələbatlarını ödəyə bilməyiblər, çünki qiymətlər münasib olmayıb.
İcma rəhbəri deyib ki, əhalinin çoxu kəndi tərk edib. Bu kənddən yalnız son bir il ərzində bir neçə ailə həmişəlik gedib. İcmada rəsmi şəkildə 87 ev var, lakin onlardan 17-sinin qapısı bağlıdır. İnsanlar ölkəni tərk edirlər. Bəziləri isə rayon mərkəzinə gəlirlər, bəzən isə qayıdıb öz torpaqlarını əkib-becərirlər. Ş.Marqaryanın sözlərinə görə, əgər vəziyyət bu cür davam edərsə, kənd yaxın vaxtlarda boşalacaq.
Lakin mühacirətə baxmayaraq, Atsavan kənd məktəbində şagirdlərin sayı 3 nəfər artaraq 38 nəfər olub. Keçən il kənd məktəbində cəmi 35 şagird var idi. Lakin icma rəhbərinin sözlərinə görə, Atsavan məktəbinin şagirdlərinin sayı qonşu kəndlərdən gələn şagirdlərin hesabına çoxalıb. Bu il Atsavan məktəbində 1-ci və 8-ci siniflər yoxdur”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info