Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə qaz nəqlinin bərpası istiqamətində işlər davam etdirilir
Tarix: 25.08.2015 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


"Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində baş verən partlayışla əlaqədar kəmər vasitəsilə qazın nəqli hələlik bərpa edilməyib".
Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məlumat verilib.
"Partlayış baş verəndən dərhal sonra qaz kəməri vasitəsilə mavi yanacağın nəqli dayandırılıb. Hazırda qaz nəqlinin bərpası istiqamətində işlər davam etdirilir. Hələlik (Bakı vaxtı ilə 15:50 radələri - red.) qaz nəqli bərpa edilməyib", - deyə qurum rəsmisi bildirib.
Nazirliyin sözçüsü bildirib ki, kəmər vasitəsilə qaz nəqlinin nə zaman bərpa olunacağını demək çətindir.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin operatoru olan BOTAŞ şirkətindən isə bildirilib ki, bu günün birinci yarısından etibarən başlayan İdarə Heyətinin toplantısı hələ də davam etdirilir.
Qeyd edək ki, bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, hadisə ilə bağlı kəmərin operatoru olan BOTAŞ şirkəti onun təmsil etdiyi şirkətə mütəmadi məlumat verir: "Hazırda hadisənin təfərrüatları araşdırılır. BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər".
Xatırladaq ki, ötən gecə PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.
“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - deyə G. Özdəmir bildirib.
Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.
Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərində partlayış törədilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info