“El Pais”: “Ukraynalılar müharibədən hara qaçırlar?”
Tarix: 25.08.2015 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


“BMT-nin məlumatına görə, münaqişə nəticəsində ölkənin 1,4 milyon nəfər əhalisi öz yaşayış yerlərini tərk edərək qonşu rayon və vilayətlərə köçüb”

İspaniyanın “El Pais” nəşri Ukraynada əhalinin müharibədən qaçması barədə maraqlı və aktual yazı yazıb. Yazıda deyilir ki, Kiyevin nəzarətində olan və 5 min nəfər əhaliyə malik Svyatoqorsk 10 min nəfər köçkünü qəbul etməyə məcbur olub. Müəllif Mariya Sosa Troya yazır: “Olqa Ovsyannikova deyir ki, getməyə heç bir yeri yoxdur. O, Donetskdən qaçıb. Çünki Ukraynanın şərqində şəhər və kəndləri dağıdan müharibə var. Martdan başlayaraq, o, özünün kiçik qızı ilə Svyatoqorskda yaşayır. Amma Svyatoqorsk da Ukraynanın şərqində yerləşir. Bu şəhər əvvəlki kimi Kiyev hakimiyyətinə tabedir. Mer Aleksandr Dzübanın dediyi kimi, hər yaşayış yerinə iki köçkün yerləşdirməli olublar. Beləliklə, 5 minlik yerli sakinə 10 min nəfər köçkün düşür.
BMT-nin məlumatına görə, münaqişə nəticəsində ölkənin
1,4 milyon nəfər əhalisi öz yaşayış yerlərini tərk edərək qonşu rayonlara və vilayətlərə köçüb. Hakimiyyət vəziyyəti dəyişə bilmir.


“Ukrayna hakimiyyəti vəziyyəti dəyişə bilmir.”


Öz həyatlarını xilas ertmək üçün hər şeyini atıb gəlmiş bütün köçkünlər üçün isə humanitar təşkilatların fəaliyyəti həyati önəm daşıyır. Ovsyannikovann 44 yaşı var. O, özünün 10 yaşlı qızı ilə “Holy Mountains”də yaşayır. Orada daha yüzlərlə insan var. Onun kiçik iki otaqlı mənzili dəhlizin sonunda yerləşir. Onun bişirdiyi şorbanın iyi bütün yaşayış binasını bürüyür. Ora isə həddindən artıq istidir.
O bildirir ki, bir QHT onları yeməklə təmin edir. Qeyd edir ki, əri və 20 yaşlı oğlu Donetskdə işləyirlər: “Mən evim üçün çox darıxıram, istəyirəm geri dönüm. Amma indi bunu edə bilmərəm”.
Köçkünlərdən çoxu zənn edir ki, evlərini hələlik tərk ediblər, ona görə də çox uzaqlara getmirlər. Köçkünlər üzrə BMT agentliyinin qiymətləndirməsinə görə, köçkünlərin 51 faizi Luqansk və Donetskdə qalmaqdadırlar.
Svyatoqorsk meri hesab edir ki. bu qədər sayda adamın bu şəhəri seçməsi, sakitlik və təhlükəsizliyə görədir. Bura yerli sakinlərin gəlməyə adət etdiyi kurort mərkəzidir. Amma iş yerlərinin yaradılması üçün burada zavod və müəssisələr yoxdur. Mer deyir: “Bizdə əsasən çadırlar var. Burada işsizlik səviyəsi yüksəkdi, ona görə gənclər buranı tərk edirlər. Burada çoxlu sayda pensiyaçı var”.
Amma Osyannikova deyir ki, onu qızı ilə birgə çox yaxşı qəbul ediblər. Merin dediyinə görə, burada köçkünləri qəbul edən 10 mərkəz var: “Bizim büdcəmiz hamıya çatmır, ama burada könüllülərin və beynəlxalq qurumların maliyyə yardımı böyük rol oynayır”.
Amma “Save the Children” təşkilatının məlumatları merin bildirdiklərindən fərqlidir. Onlar bildirir ki, bu şəhərdə köçkünləri sayı 8 min nəfərdir, onları qəbul edən mərkəzlərin sayı da 8-dir. Onların çoxu isə otaq və ya mənzil kirayələməyə üstünlük verir. Amma hamının buna gücü çatmır”.
Yazıda o da qeyd edilir ki, öz yerlərini tərk edənlər, həm də bürokratik əngəlləri aşmalıdırlar ki, köçkün kimi qeyduyyata alınsınlar əv təqaüd alsınlar. Bu isə uzun prosesdir. Bir çoxları buna nail ola bilmirlər. Məsələn, çoxları öz yaşayış yerlərini təhlükəyə görə tərk etsələr də, həmin yaşayış yerinin aid olduğu administrativ rayondan kənara çıxmırlar. Buna görə də köçkün statusu ala bilmirlər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info