“Gənclər siyasəti öz töhfəsini verməkdədir”
Tarix: 25.08.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Tural Nəbiyev: “Azərbaycan gənci öz üzərinə düşən məsuliyyəti dərk edir”

Bu gün gənclərimizin ictimai sahədə aktiv olması onların vətən məsuliyyətini dərindən hiss etmələrindən irəli gəlir. Diqqətçəkən məqam odur ki, bu aktivlik təkcə paytaxtda deyil, regionlarda da özünü göstərir. Hətta əraziləri işğala məruz qalmış rayonlarımzın da gəncləri ictimai həyatın bütün sahələrində fəallıq göstərirlər. Torpaqlarının işğal olunması onları daha da mübariz edib və daima vətənpərvər ruhda böyüyürlər. Füzuli rayonundan olan ictimai fəal Tural Nəbiyev qəzetimizə müsahibəsində gənclərin ictimai fəallığı ilə bağlı öz fikirlərini bölüşdü. Qeyd edək ki, T. Nəbiyev YAP Füzuli rayon təşkilatı Gənclər Birliyinin sədridir.
-Dövlətin gənclər siyasəti öz effektini necə verir?
- Bu gün Azərbaycanda hər sahədə olduğu kimi gənclər sahəsində də uğurlu inkişaf gedir. Əsası ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasəti, bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Həyata keçirilən gənclər siyasəti gənclərin həyatında öz töhfələrini verməkdədir. Bu siyasətin tərkibinə gənclər üçün iş yerləri, boş vaxtlarını səmərəli keçirmələri üçün gənclər evlərinin, olimpiya idman komplekslərinin tikilməsi, ev almaları üçün güzəştli kreditlərin verilməsi və s. daxildir.
-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
- Gənclər siyasətinin həyata keçirilməsi ilə savadlı, vətənpərvər, millətini-xalqını sevən gənclərimiz yetişir. Azərbaycanda və Azərbaycandan kənarda yaşayan gənclərimiz vətəninə sadiq, onun mənafeyinə xidmət edən gənclər kimi yetişirlər. Bu gün hər sahədə gənclərimiz yüksək səviyyədə fəaliyyət göstərirlər.
- Gənclərimiz lazımi ictimai aktivlik göstərirlərmi?
- Əlbəttə ki, bu gün gənclərimiz ölkəmizdə lazımi şəkildə aktivdirlər. Keçən seçkilərdə, həm Prezident seçkilərində, həm də bələdiyyə seçkilərində aktiv olan gənclərimiz təbliğat-təşviqat işlərində fəal şəkildə fəaliyyət göstərdilər. Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən gənclərimiz bələdiyyə üzvləri seçildilər. Bu gün onlar öz işlərində uğurlar qazanmaqdadırlar.
- Azərbaycan gənci öz üzərinə düşən məsuliyyəti anlayırmı?
- Azərbaycan gənci öz üzərinə düşən məsuliyyəti dərk edir. Cənab Prezidentimizin “Hər bir sahədə gənc kadrların hazırlanması prosesi daha sürətlə getməlidir. Biz neftdən gələn gəlirləri insan kapitalına çeviririk” deməsi bu gün biz gənclərə olan etimadın nümunəsidir. Biz gənclər də vətənimizi sevmək, onu qorumaq, vətənpərvər olmaq, dövlətimizin mənafeyini qorumaq, savadlı, mübariz, cəmiyyətimizə yararlı bir insan olmaq kimi vəzifələri qarşımıza məqsəd kimi qoymuşuq.
-Gənclərin ictimai aktivliyində YAP-ın nə kimi rolu var?
- YAP regionun ən böyük partiyasıdır. Partiyamızda hər zaman gənclərə ayrıca diqqət göstərilir. Gənclərin ölkəmizin ictimai-siyasi həyatında yaxından fəaliyyət göstərmələri üçün çalışılır. Yay və qış məktəbləri hazırlanır ki, burada da gənclərimizin aktiv olması, yeni-yeni dostlar qazanması, layihələr hazırlaması, elmi-biliklərinin artırılmasına şərait yaradılır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.02.2019
“Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
12.02.2019
Hikmət Hacıyev: Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir
07.02.2019
SOCAR-ın xarici bazarlardakı gəliri ölkə daxilində əldə edilən gəliri üstələyir
04.02.2019
“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
01.02.2019
“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info