Kollina azərbaycanlı hakimi ukraynalılara nümunə göstərib
Tarix: 25.08.2015 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Ukrayna futbolunda hakimliklə bağlı yaşananlara həsr olunan mətbuat konfransı keçirilib. Aİdarəçilikdən kənarlaşdırılan yaşlı referilərin kəskin narazılıqlarını cavabsız qoymaq istəməyən Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin tədbirində qurum rəhbərliyi və təcrübəli ədalət təmsilçiləri iştirak edib.
Komitənin kuratoru məşhur Pyerluici Kollina da tədbirə qatılıb. Sabiq FİFA referisi hakimləri narazı salan islahatlara şərh verməklə yanaşı, digər ölkələrdə gənclərə güvənilməsini vurğulayıb. İtaliyalı azərbaycanlı hakim Əliyar Ağayevi də nümunə göstərib: “Mən Ukraynaya gələndə rəhbər qurumların tənqid etdiyi yeganə məqam klublara nisbətdə hakimlərin sayının həddən artıq çox olması idi. Bu müddətdə komandaların sayı artmadı. Hakimlərin çox olduğunu nəzərə alsaq, bərabər şərtlərdə daha gənclərə üstünlük verəcəyik. “Vorskla” ilə “Jilina” arasında Avropa Liqasının oyununu idarə edən 1986-cı il təvəllüdlü azərbaycanlı hakim, Çempionlar Liqasının qrupuna da təyinat alan polşalı Şimon Marçinyak kimi nümunələr var. Sonuncu bizdə olsaydı, hələ də gənc sayılacaqdı. Hətta iki Dünya Çempionatı görmüş Ravşan İrmatovu da qeyd edə bilərəm. O da bizim Aranovskidən gəncdir”. Qeyd edək ki, III təsnifat mərhələsinin “Vorskla” - “Jilina” qarşılaşması (3:1) avqustun 6-da keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info