“Azərbaycan yığması Xorvatiyada 6 qol vurduğumuz komanda deyil”
Tarix: 25.08.2015 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“Prosineçkinin orda çalışması bizim üçün heç də yaxşı deyil. Çünki Prosineçki Xorvatiya futbolunu əlinin içi kimi bilir”

“Yenidən milliyə dəvət almaq çox xoşdu. Bəlkə də, taleyimizi həll edəcək iki kritik matça çıxacağıq”. Bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Daniel Pranyiç deyib. “Avro-2016”-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan, 6-da isə Norveçlə qarşılaşacaq xorvatiyalıların hədəfi qələbə qazanmaqla, final mərhələsinə vəsiqəni rəsmiləşdirməkdi. Pranyiç Xorvatiya mətbuatına açıqlamasında bu iki matçın əhəmiyyətinin onlar üçün böyük olduğunu söyləyib:
“Həm Azərbaycan, həm də Norveçə qalib gəlsək, final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcəyik. Əgər əlimizə belə bir imkan düşübsə, niyə də istifadə etməyək? Əlimizdən gələni edəcəyik ki, bu işi son turlara saxlamayaq. Amma etiraf etmək lazımdı ki, bizi ağır oyunlar gözləyir. Xüsusən də, Norveç əsas rəqiblərimizdən biridi. Onlar da ilk iki yerdən birini tutmağı hədəfləyiblər. Osloda ölüm-dirim mübarizəsi gedəcək”. Avqustun 20-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”un heyətində Bakıda “Qəbələ”yə qarşı çıxış edən Pranyiç paytaxtımıza növbəti səfəri barədə də danışıb. 34 yaşlı futbolçu yığmamızla görüşün çətin keçəcəyini düşünür: “Azərbaycan klubu ilə Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlmişik. Bakıda bərabər səviyyəli mübarizə getdi. Onların bir neçə üzvünün yığma oyunçusu olduğunu nəzərə alsaq, sentyabrda işimizin çətin olacağını demək olar. Əminliklə söyləyə bilərəm ki, bu Azərbaycan yığması Xorvatiyada 6 qol vurduğumuz komanda deyil. Həmin vaxtdan bəri baş məşqçiləri də dəyişib. Robert Prosineçkinin orda çalışması bizim üçün heç də yaxşı deyil. Çünki Prosineçki Xorvatiya futbolunu əlinin içi kimi bilir. Buna baxmayaraq, bizim komandada istənilən oyunun taleyini həll edə biləcək futbolçular var. Öz oyunumuzu göstərə bilsək, Bakıda qələbə qazana və Norveç səfərinə yüksək əhvali- ruhiyyədə yollana bilərik”. Qeyd edək ki, sentyabrın 3-də “Bakcell Arena”da Xorvatiya millisini qəbul edəcək yığmamız 3 gündən sonra Maltanın qonağı olacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info