Ümumdünya Turizm Təşkilatı ekspertinin Bakıya səfəri gözlənilir
Tarix: 04.02.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


İspaniya Krallığının Madrid şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) qərargahında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təşkilatın baş katibi Taleb Rifai arasında təkbətək görüş keçihblib. Daha sonra BMÜTT-nbn baş katibi Taleb Rifai, həmin təşkilatın icraçı direktoru Zoltan Şomoqi və digər rəsmi nümayəndələr ilə Əbülfəs Qarayevin başcılıq etdiyi, həmçinin Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin nümayəndəsindən ibarət rəsmi nümayəndə heyəti arasında geniştərkibli görğş keçirilib.
Görüş zamanı 29 may - 1 iyun 2013-cü il tarixində Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilməsi nəzərdə tutulan 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMÜTT tərəfindən turizm sahəsi üzrə sessiyanın keçirilməsi və həmin sessiyaya BMÜTT-yə üzv olan ölkələrin turizm nazirlərinin dəvət edilməsi, Azərbaycanda elektron viza sisteminin tətbiqinə BMÜTT tərəfindən texniki dəstəyin göstərilməsi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BMÜTT arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra digər layihələr müzakirə edilib. Həmçinin BMÜTT tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə göstərilən texniki dəstək qeyd olunub. Məlum olduğu kimi, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni turizm haqqında qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsinin yerli ekspertlərlə və digər rəsmi qurumlarla müzakirə edilməsi üçün bugünlərdə BMÜTT-nin ekspertinin Bakıya səfəri gözlənilir.
Bununla yanaşı, Berlin şəhərində "İTB Berlin" Beynəlxalq turizm sərgisi zamanı BMÜTT tərəfindən təşkil olunacaq İpək Yolu ölkələrinin turizm nazirlərinin görüşündə nazir Ə.Qarayevin iştirakı, habelə Bakıda keçirilməsi nəzərdə tutulan İpək Yolu üzrə İşçi Qrupun görüşü və "Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı" çərçivəsində 3-cü seminar ilə bağlı fikir mübadiləsi aparılıb.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info