Lusine Xaçatryan: “Gümrüdə sosial partlayış olacaq”
Tarix: 25.08.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Sosial problemlər işində boğulan əhalinin itirməyə heç nəyi qalmadığı üçün üsyanın baş verməsinin qarşısını almaq mümkün olmayacaq”

Statistik məlumata görə, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 30 faiz azalıb. Bu azalma nəinki Ermənistanın iqtisadiyyatına, eləcə də bu transferlərdən asılı olan əhalinin əhəmiyyətli hissəsinə də ciddi təsir göstərir.
Əgər, Ermənistanın müəyyən bölgələrində yaranmış kritik vəziyyəti az da olsa yoluna qoymağa imkan mövcuddursa, ölkənin şimal bölgəsi, daha çox Rusiya iqtisadiyyatının təsiri altında olan Gümrüdə əhalinin maliyyə vəziyyəti acınacaqlı vəziyyətdədir”. Bu sözləri “Birinci informasiya” saytına açıqlamasında erməni iqtisadçı Lusine Xaçatryan bildirib. Qadın iqtisadçı qeyd edib ki, əldə edilən nəticələrə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü təsdiqləyir. Belə ki, daxili ticarət demək olar ki, 5,2 faiz azalıb:

Gümrüdə ticarətin həcmi xeyli dərəcədə azalıb, iş yeri yoxdur

“Təbii ki, ticarət dövriyyəsinin azalması əhalinin sayının azalması ilə də bağlıdır. Bunun da əsas günahkarı miqrasiyadır. Bununla yanaşı, biz deyə bilmərik ki, əhali əvvəlki kimi alış-veriş etmək vəziyyətindədir. Ümumiyyətlə, ölkədə, xüsusən də Gümrüdə ticarətin həcmi xeyli dərəcədə azalıb. Gümrü sakinləri sadəcə ən zəruri ərzaq məhsulları almaqla kifayətlənirlər”. Sayt daha sonra yazır: “Gümrü sakini Vardan Avaqyanın 35 yaşı var. İxtisasca inşaatçıdır. Hər il mövsümi iş üçün Rusiyaya gedir. Onun sözlərinə görə, yaxşı və pis olmasından asılı olmayaraq Rusiyada iş tapmaq olur. İşləyirsənsə, pul da olacaq. Ailəni də həmin vəsaitlə dolandırmaq olur. Amma Ermənistanda iş yeri yoxdur. Əgər, məni ölkədə ailəmi saxlaya biləcək məvacibli işlə təmin etsələr, təbii ki, heç bir yerə getmərəm. Gümrüdən olan 68 yaşlı təqaüdçü soruşur: “Buradakı mağazalarda nadir hallarda da olsa, aylıq məvacibi 30-40 min dram olan iş tapmaq olar. Lakin bu maaşla ailə saxlamaq mümkündürmü?”.

70 yaşlı Albert Baqdasaryan:
“Aldığım cüzi pensiyanın isə
hazırda heç bir dəyəri yoxdur”


Əvvəllər elektrik işləmiş, hazırda isə taksi sürücüsü olan Albert Baqdasaryan isə əlavə edir ki, 70 yaşı olmasına baxmayaraq, o da Rusiyaya mövsümi işlə məşğul olmaq üçün getməyə cəhd edib: “Üç oğlum var, üçü də Tümendədir. Artıq neçə illərdir ki orada işləyirlər. Onlardan ikisi artıq ailələrini də yanlarına aparıb. Neyləməli? Yüksək qan təzyiqimin olmasına baxmayaraq, taksi sürücülüyü edirəm. Aldığım cüzi pensiyanın isə hazırda heç bir dəyəri yoxdur”. “Birinci informasiya” əməkdaşı ilə söhbət zamanı Rusiya ilə əlaqəsi olan bəzi gümrülülər qonşu ölkədə də vəziyyətin o qədər də ürəkaçan olmadığını bildiriblər. Onların dediyinə görə, əgər, əvvəllər inşaat işçiləri ayda 80 min rubl qazana bilirdisə, hazırda həmən işə görə 50 min rubl güclə qazanmaq olur. Valyuta məzənnələrinin dəyişməsi, Rusiyadan pul köçürmələrinin kəskin azalması Gümrüdə də ciddi problemlərə səbəb olub. Gümrüdəki hər 10 ailədən biri “kredit yükü” altındadır və bu kreditlərin qaytarılması ilə bağlı ciddi problemlər var. Əhalidə krediti ödəmək üçün pul yoxdur. Vaxtı keçmiş ödənişlərlə bağlı hər on nəfərdən səkkizi barədə məhkəmədə iddialar qaldırılıb. Lusine Xaçatryan bildirir ki, Gümrüdə sosial stress vəziyyəti yaşanır: “Belə görünür ki, sosial partlayış uzaqda deyil. Sosial problemlər işində boğulan əhalinin itirməyə heç nəyi qalmadığı üçün üsyanın baş verməsinin qarşısını almaq mümkün olmayacaq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info