“Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir”
Tarix: 26.08.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milisa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qeyd edilib ki, Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına əvəzolunmaz zərər vurur. Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız-qış aylarında gecə vaxtı suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün subasma təhlükəsi yaradır, əhalini daim qorxu və təşviş içində saxlayırlar. Qeyd edilib ki, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Sərsəng su anbarının əhatə dairəsində olan rayonların ərazisində 586 ədəd əlavə artezian quyuları qazılıb. Nazir müavini Samur transsərhəd çayının su ehtiyatlarının istifadəsinin, Araz çayının su ehtiyatlarının bölüşdürülməsinin müvafiq qaydada tənzimləndiyini qonaqların diqqətinə çatdırıb. Milisa Markoviç Azərbaycanın sərhədyanı bölgələrinə səfər etdiyini, xüsusən Ermənistanla sərhəd rayonlarda sakinlərin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olduğunu qeyd edib. O, toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə parlamentin iclasında məruzə edəcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info