Ermənilər Əkrəm Əylislini niyə tərifləyir?
Tarix: 04.02.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Vüqar Qədirli: “Əkrəm Əylislinin belə bir addımı Ermənistan üçün göydəndüşmə

olduğu üçün erməni mediası onu tərifləyir”
Əkrəm Əylislinin ermənipərəst mövqeyindən yazılmış “Daş yuxular”ı ermənilər üçün sanki göydəndüşmə olub. Belə ki, əvvəlcədən bu əsərin ermənilərin diqqətini cəlb edəcəyi, ermənilərin informasiya savaşında bundan bəhrələnəcəyi bildirilirdi. Belə də oldu.
Hazırda onun azərbaycanlıların heysiyyətini təhqir edən əsəri ermənilərin hər yerdə istinad etdikləri bir “mənbə”yə çevrilib. Erməni mediası gündəmi Əkrəm Əylisliyə həsr edilmiş tərifli yazılarla doldurub. Erməni saytları və radiosu onunla bağlı intensiv olaraq yazılar, süjetlər yaymaqdadırlar. Bu azmış kimi, onlar Əkrəm Əylislinin özündən də şəxsən açıqlamalar götürüblər, Əkrəm Əylisli də onlara eyni həvəslə müsahibə verib, özünün “şedevr” əsərindən danışıb. Bu barədə bizə fikirlərini bildirən Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli qeyd etdi: “Bizim təşkilatımız bu məsələyə ilk günlərdən haqlı və kəskin mövqeyini bildirib. Məsələ belədir ki, Əkrəm Əylisli kimi insanların belə mövqe sərgiləməsi doğrudan da çox yaramaz bir hərəkətdir. Əgər xalqımızın düşmənləri onu tərifləyirlərsə və Ermənistanda “baş tacı” edirlərsə, onu Ermənistanın qəhrəmanına çevirirlərsə, buradan artıq hər şeyi ayırd etmək mümkün olur. Belə bir halda, Əkrəm Əylisli kimisindən biz nə gözləyə bilərik? Bu gün biz beynəlxalq aləmdə Xocalı soyqırımını tanıtmaq istəyirik. Bununla bağlı dünya miqyasında geniş kampaniyalar keçirilir. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımız var. On minlərlə soydaşımız bu təcavüzün qurbanı olub. 20 faiz torpaqlarımız işğal olunub, ərazilərimiz talanıb, şəhərlərimiz yerlə-yeksan olunub. Belə bir halda dünya bizim təcavüzə məruz qalmış xalq olduğumuzu hər məqamda qəbul etməlidir. Çünki bu, həmin müharibəni kimin başlamasını, kimin təcavüzkar, qatil, günahkar olduğunu göstərməsi baxımından çox önəmlidir. Amma bu gün Əkrəm Əylisli kimisi bu haqq-ədalət kampaniyasına qarşı çıxış edir. Təbii ki, azərbaycanlı yazıçı kimi tanınan Əkrəm Əylislinin belə bir addımı Ermənistan üçün göydəndüşmədir. Hazırkı situasiyada Ermənistan maksimum səviyyədə çalışacaq ki, bundan bəhrələnsin. Çünki Azərbaycanda yaşayan, vaxtilə müxtəlif mükafatlar almış bir adamın indi durub ermənipərəst bir mövqe sərgiləməsi Ermənistan və ermənilər üçün çox effektli ola bilər. Məlumdur ki, bu əsər azərbaycanlılara böyük böhtanlar və şər atılmaqla yazılıb. Ona görə də Ermənistan bu əsəri və Əkrəm Əylislinin mövqeyini beynəlxalq arenada cidd-cəhdlə sırımağa çalışacaq. Bu əsərin erməni dilindən başqa, beynəlxalq, xarici dillərə tərcümə olunacağına əminəm. Ermənilər bunu çox məmnunluqla edəcəklər. Onlar dünyaya car çəkəcəklər ki, azərbaycanlı yazıçı həqiqəti belə görür və belə yazır. Bununla göstərməyə çalışacaqlar ki, azərbaycanlılar özləri deyir ki, ermənilərə qarşı vəhşilik törədilib. Buna görə də ermənilər təbii ki, bu məsələdən çox xoşhaldırlar. Beləliklə, Əkrəm Əylisli məqsədli şəkildə ermənilərə böyük bir xidmət göstərmiş oldu. Bu isə Azərbaycan üçün çox utancverici bir hərəkətdir. Bu baxımdan Əkrəm Əylislinin azərbaycanlı olmasına böyük şübhə ilə yanaşıram. Müvafiq orqanlarımız onun əlaqələrini, onunla bağlı sirli məqamları cidd-cəhdlə araşdırmalı və ictimaiyyətə məlum olmayan məqamları üzsə çıxarmalıdır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info