“Heydər Əliyev Fondunun layihələri YUNESKO-nun qarşısında duran əsas vəzifələrə uyğun gəlir”
Tarix: 26.08.2015 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


YUNESKO və Azərbaycan arasında təhsil, elm, kommunikasiya və xüsusilə mədəniyyət sahəsində sürətlə inkişaf edən məhsuldar əməkdaşlıq mövcuddur. Bunu YUNESKO-nun baş direktoru İrina Bokova deyib.
O, ilk növbədə, YUNESKO və Azərbaycan arasında 20 ildən artıq mövcud olan məhsuldar əməkdaşlıqdan məmnunluğunu dilə gətirmək istədiyini bildirib: “Bununla əlaqədar olaraq, Azərbaycan hökumətinə, həmçinin 2004-cü ildən təşkilatımızın xoşməramlı səfirlər arasında görməkdən məmnun olduğum birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istərdim”.
YUNESKO-nun baş direktoru qeyd edib ki, o, bu il may ayının 18-19-da keçirilən mədəni müxtəliflik, insan haqları, milli, regional, qlobal səviyyələrdə qarşılıqlı anlayışa, hörmətə şərait yaratmaq üçün müxtəlif mədəniyyətləri, dinləri, inancları olan xalqlar arasında dialoqun aktivləşdirilməsi və möhkəmləndirilməsinin zərurətinin təsdiqlənməsinə istiqamətlənən III Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda iştirak edib: “2008-ci ildə yarandığı gündən bəri “Bakı prosesi” kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum qlobal dünyamızda və getdikcə daha da müxtəlifləşən birliklərin mühitində həll tələb edən müasir dövrün mədəniyyətlərarası dialoq və onunla əlaqədar olan ümumi bəşəri dəyərlərin mübadiləsinə aid olan əsas problemlərin müzakirəsi və fikirlərin mübabiləsi üçün qlobal platforma oldu”.
İ.Bokova qeyd edib ki, YUNESKO Azərbaycan hökuməti, BMT Sivilizasiyalar alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, həmçinin İSESKO ilə bu forumun təşkilatçıları sırasında olmaqdan qürur hissi keçirir.
O qeyd edib ki, Forum strateji təkan verdiyi və BMT sistemi çərçivəsində YUNESKO-nun əsas təsisatçı olduğu Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onilliyin (2013-2022) məqsədlərini nümayiş etdirməsi ilə bağlı razılığını dilə gətirib: “Fürsətdən istifadə edib, bir daha xanım Mehriban Əliyevaya bu mühüm sahədə Təşkilatımıza göstərdiyi daimi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.
O həmçinin 2015-ci il iyun ayında Bakıda I Avropa Oyunlarının keçirilməsini alqışlayıb.
İ.Bokova xatırladıb ki, BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO-ya hər bir fərdin hərtərəfli inkişafına dəstək olmaq üçün razılaşdırılmış və birgə fəaliyyət əsasında idman və fiziki tərbiyənin irəliləməsinə kömək etmək həvalə edilib.
O, idmanın sülhün bərqərar olması üçün alət olduğunu qeyd edib. Belə ki, idman üçün coğrafi sərhədlərin və sosial siniflərin fərqi yoxdur. Bundan başqa, idman müxtəlif coğrafi, mədəni və siyasi kontekslərin iqtisadi inkişafı və sosial inteqrasiyasının inkişafında əhəmiyyətli rol oynayır: “Təşkilatımızın mövqeyi aydındır: idman sosial əlaqələrin və şəbəkələrin möhkəmləndirilməsi üçün güclü alətdir. Həmçinin sülhün, qardaşlığın, həmrəyliyin, zorakılıqdan imtinanın, səbir və ədalətin ideallarını inkişaf etdirir. Bundan başqa, idman sağlam həyat tərzi və şən cəmiyyət üçün gənclərə lazımdır”.
İ.Bokova bildirib: “Bu fürsətdən istifadə edib, Təşkilat Komitəsinin sədri kimi bu Oyunlara dəstəyi və şəxsi sədaqəti üçün xanım Mehriban Əliyevanı bir daha təbrik etmək istəyirəm. Mehriban Əliyevanın bu sahədə nümayiş etdirdiyi dəstək YUNESKO-nun idman və fiziki mədəniyyətin inkişafı və irəliləməsi, onların milli inkişaf strategiyalarının ayrılmaz parçası kimi təmin edilmə səylərinə uyğun gəlir”.
YUNESKO rəhbəri həmçinin YUNESKO-nun fəaliyyət göstərdiyi sahələrdə tədbirlərin keçirilmə yolu ilə strateji məqsədlərə və tapşırıqlara nail olmaq üçün Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu ilə təşkilatın sıx əməkdaşlığını qeyd edib.
O xatırladıb ki, Heydər Əliyev Fondu artıq təşkilatın Afrika ölkələrində potensialın yaradılması və möhkəmləndirilməsinə istiqamətlənmiş layihələrinə maliyyə dəstəyi göstərib. İ.Bokova həmçinin Pakistanda qızlar üçün orta məktəbin inşası, Haitidə qeyri-maddi mədəni irsin qorunub saxlanmasına yönəlmiş layihələr kimi Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq səviyyəli digər layihələrin əhəmiyyətini də qeyd edib: “Bütün bu layihələr YUNESKO-nun əsas vəzifələrinə uyğun gəlir”.
YUNESKO rəhbəri bildirib ki, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva mədəni müxtəliflik, eləcə də mədəniyyətlərarası dialoq kimi mühüm sahələrdə fəaliyyəti və layihələri dəstəkləməyə davam edir: “YUNESKO-ya dəstəyinə görə Mehriban Əliyevaya səmimi qəlbdən minnətdarlığımı bildirir, proqram və tədbirlərimizə daim dəstək olduğu üçün təşəkkür edirəm. Əminəm ki, yaxın illərdə də məhsuldar əməkdaşlığımız inkişaf etməkdə davam edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info