Rusiya İran üçün peyk hazırlayacaq
Tarix: 26.08.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Rusiyanın VNİİEM (ВНИИЭМ) – BARL ("БАРЛ") elmi-istehsalat kompleksi korporasiyası və İranın “Boniyan Daneş Şərq” şirkəti arasında İranın maraqlarına uyğun Yerin məsafədən zondlaşdırılması üçün kosmik sisteminin işlənib hazırlanması, yaradılması və sonrakı istismarı haqqında saziş imzalanıb.
“TASS”-ın verdiyi xəbərə görə, sənədi Rusiya tərəfindən korporasiya rəhbərləri Leonid Makridenko və Sergey Baskov, İran tərəfindən isə “Boniyan Daneş Şərq” şirkətinin rəhbəri Əli Reza Zolali imzalayıblar.
Layihə üzrə əsas qurum “BARL” elmi-istehsalat kompleksi İranın Yerin məsafədən zondlaşdırılması kosmik sisteminin yerüstü infrastrukturunun hazırlanmasını və inteqrasiyasını təmin edəcək.
VNİİEM (ВНИИЭМ) isə kosmik aparatın hazırlanmasını və Rusiyanın daşıyıcı raketi vasitəsilə orbitə buraxılmasını təmin edəcək.
İranın “Boniyan Daneş Şərq” şirkəti isə, öz növbəsində, Yerin məsafədən zondlaşdırılması sisteminin operatoru vəzifəsini icra edəcək.
Leonid Makridenko bu sazişin hələlik ilkin razılaşma olduğunu, əsas kontraktın isə ilin sonunadək imzalanacağını bildirib.
“Peyk bizim kosmik aparatla “Soyuz” daşıyıcı raketin vasitəsilə orbitə buraxılacaq. Aparat təkmilləşdirilmiş “Kanopus” peyk platformasının bazasında yaradılacaq”, deyə Makridenko qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur
13.09.2019
Ermənistan ordusunda intihar
13.09.2019
Rusiyada müxaliflərin ev və ofislərində axtarış edilib
13.09.2019
“Rusiya Ermənistanın suverenliyini tanımaq niyyətində deyil”
13.09.2019
Rusiya ABŞ dollarından imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info