Bərdədə Bəxtiyar Vahabzadənin yubileyi münasibətilə poeziya gecəsi keçirilib
Tarix: 26.08.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Bərdə rayon mərkəzi kitabxanasında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş “Bəxtiyar şeiriyyatı” adlı ədəbi-bədii gecə keçirilib. Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirdə rayon ziyalıları, ədəbiyyatçılar və kitabxananın fəal oxucuları iştirak ediblər. Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov və kitabxanaçı Fəxriyyə Quliyeva çıxış edərək, şairin həyat və yaradıcılığından, XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən ətraflı bəhs ediblər. Bildirilib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Şairin yaradıcılığı yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayıb. Tədbirdə filoloq-şair Rəşid Kazımov B.Vahabzadə ilə bağlı xatirələrindən danışıb. Qiraət ustası Ətayə Musayeva və gənclər şairin şeirlərindən nümunələr səsləndiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info