Ankarada əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək
Tarix: 26.08.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi çərçivəsində sentyabrın 3-4-də Ankara şəhərində həmin qrupun üzvü olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaqdır.
Tədbir çərçivəsində maliyyə nazirləri ilə birgə keçirilməsi nəzərdə tutulan sessiyada əmək gəlirlərinin əhalinin ümumi gəlirlərindəki payı, iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparılması da planlaşdırılır.
Türkiyənin G20 qrupuna sədrliyi dövründəki toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət olunub. Dünya iqtisadiyyatının 90%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupunun gündəliyində qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər məsələlər əksini tapır.

İlkin








 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info