Xədicə İsmayılovaya qarşı irəli sürülən bütün ittihamlar tam sübuta yetirilib
Tarix: 26.08.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.Məhkəmə iclasında ilk olaraq X.İsmayılovanın vəkilləri məhkəmə istintaqının yenilənməsi üçün vəsatət qaldırıblar. Dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmə istintaqının ədalətli şəkildə keçirildiyi və bütün ittihamların tam sübuta yetirildiyini bildirərək, məhkəmə istintaqının yenilənməsi üçün heç bir əsas olmadığını bildirib. R.Hadıyev vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin olunmayıb.
Sonra X.İsmayılovanın vəkilləri çıxış edərək təqsirləndirilən şəxsi müdafiə xarakterli fikirlər söyləyiblər. Vəkillər X.İsmayılova barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Dövlət ittihamçısı R.Hadıyev isə vəkillərin çıxışlarının həqiqəti əks etdirmədiyini bildirib.
Sonra X.İsmayılova son söz söyləmək üçün hakimdən vaxt istəyib. Hakim məhkəmə prosesində fasilə elan edib. Hakim ona hazırlaşmaq üçün vaxt verib.
Növbəti məhkəmə iclası 31 avqust saat 14:00-a təyin edilib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib
19.08.2019
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19.08.2019
Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info