Sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası gücləndirilir
Tarix: 26.08.2015 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) gənclərin peşə hazırlığı ilə yanaşı, onların ayrı-ayrı incəsənət növləri üzrə istedad və qabiliyyətlərinin inkişafına da dəstək verilir. Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzin gənclərinin ifasında konsert-tamaşa təqdim olunub.
Tədbirin açılışında ƏƏSMN-nin əməkdaşları, əlil ictimai birliklərinin nümayəndələri, sənətsevərlər iştirak edib. Qeyd olunub ki, bu konsert-tamaşanın təşkilində məqsəd sağlamlıq imkanları məhdud gənclərin bu və ya digər sənət növündə öz bacarıqlarını nümayiş etdirməsi üçün fiziki məhdudiyyətin mane olmadığını diqqətə çatdırmaqdır. Belə tədbirlər nəticə etibarilə həmin gənclərin yaradıcılıq imkanlarının cəmiyyətə təqdim edilməsi və təbliğinə, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edir.
Mərkəzin və Azərbaycan Gənclər Fondunun birgə keçirdiyi konsert-tamaşada sağlamlıq imkanları məhdud gənclər Azərbaycan film və tamaşalarından ayrı-ayrı səhnələri ifa ediblər. Onların “Babək” və “Bəxtiyar” filmlərindən, “Molla Cəbi” tamasından təqdim etdikləri səhnələr, canlandırdıqları obrazlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sağlamlıq imkanları məhdud gənclərdən Ruslan İsrafilzadə, Ceyhun İsayev, Ramiq Ağayev, Sərxan Kərimov, Elvin Ağalizadə, İlahə İbrahimova, Nihad Məmmədov, Səbinə Allahverdiyeva, Aytən Məhərrəmova və digərləri maraqlı çıxışları, ifa məharətləri ilə diqqəti cəlb ediblər.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində kompyuter istifadəçisi, bərbər, aşbaz, dərzi, rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq və s. kimi peşələr üzrə peşə hazırlığı kursları təşkil olunur. Cari ilin yanvar-iyul aylarında mərkəzə daha 213 nəfər gənc qəbul olunub və burada ümumilikdə 300 nəfərə yaxın gənc peşə təlimi keçib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info