“Əkrəm Əylisli fəxri adlardan məhrum edilməlidir”
Tarix: 04.02.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Əkrəm Əylislinin «Daş yuxuları» adlı romanı ölkə ictimaiyyətində böyük narazılıq yaradıb. İctimaiyyətin ayrı-ayrı hissələri erməni marağına xidmət edən bu əsərə qarşı etiraz səsini ucaltmaqdadır. Yazıçı-publisist, hüquqşünas, araşdırmaçı, elmi işçi, tələbə, müəllim, həkim, jurnalist və sair peşə qruplarını təmsil edən ictmaiyyət nümayəndələri Əkrəm Əylislinin Xalq yazıçısı titulundan, «İstiqlal» ordenindən məhrum edilməsi ilə bağlı imza kampaniyasına başlayıb.

Cəmiyyətin müxtəlif kəsimlərini əhatə edən insanlar hesab edir ki, Əylisli sadəcə “yerazları” təhqir etmir, Nuvariş obrazında kürdəmirliləri-muğanlıları, əxlaqsız və arvadbaz Şahqacar Armağanov obrazında şuşalıları-qarabağlıları, nardaranlılar obrazında bakılıları, şeyx Allahşükür Paşazadə obrazında lənkəranlıları-talışları, Fərid Farzani obrazında güney azərbaycanlıları, Mırıq Müzəffərin psixi xəstə, sizofren övladları obrazında Əylisliləri-naxçıvanlıları, ümumilikdə isə azərbaycanlıları təhqir edir. Əylisli sakinlərinin, demək olar ki, hamısını xəstə ruhlu, psixopat, vəhşi, qan içən, qadınlarını heç bir işə yaramayan, iş bacarmayan birisi kimi qələmə verilir: «Əkrəm Əylisli “Daş yuxular” əsərində xalqı, keçmişi, milli - mənəvi dəyərləri aşağılayıb və hətta bununla da kifayətlənməyərək milli birlik və bütövlüyümüzə nifaq toxumları səpməyə çalışıb.
Əylisli eyni zamanda müqəddəs dinimizi, peyğəmbərimizi, dini adət-ənənələrimizi təhqir etməkdən belə çəkinməyib. İsrarla “bu məsələni siyasiləşdirməyin” deyən Əkrəm Əylisli unutmamalıdır ki, Azərbaycanda Sumqayıt hadisələri o zamankı Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı qurduğu tələdən başqa bir şey deyil».
Bildirilir ki, romanda günahkar tərəf kimi ancaq azərbaycanlılar göstərilir: «Bu cür yanaşma olmaz. Siyasəti də, ədəbiyyatı da bir kənara qoyaraq, məsələlərə bir vətəndaş kimi yanaşmaq lazımdır. Bədii əsər tarixi həqiqətə uyğun olmalı, zamanın gedişini özündə əks etdirməlidir. Əylisli tək Əylisin yox, bütün Naxçıvanın qədim torpaqlarının ermənilərə məxsus olmasını və Azərbaycan türklərinin sonradan gəlib, erməniləri qıraraq, onların yerində məskunlaşmasını ən qatı millətçi erməninin də qibtə edəcəyi şəkildə təsvir edə bilib». Bütün bunları nəzərə alan ictmaiyyət nümayəndələri tələb edirik ki, Əkrəm Əylisli Xalq yazıçısı titulundan və «İstiqlal» ordenindən məhrum edilməlidir. İmza kampaniyasını başlayanlar hesab edir ki, həssas dönəmdə düşmən dəyirmanına su tökən bir “qələm adamı” fəxri adlar daşıya bilməz”.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info