“Azərbaycandakı bütün seçkiləri çox yüksək qiymətləndiririk”
Tarix: 26.08.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Çingiz Bayramov: “TUMİB olaraq seçkidə iştirak imkanlarımızı götür-qoy etməkdəyik”

Azərbaycanda keçirilən siyasi kampaniyalarla bağlı maarifləndirmə işinin təşkili, müxtəlif istiqamətlərdə vətəndaş təşəbbüslərinin əlaqələndirilməsi, irəli sürülməsi kimi məsələlərdə vətəndaş cəmiyyəti institutlarının da böyük rolu var. Bu baxımdan xüsusi aktivliyi ilə seçilən Türkiyə Universitetləri Məzunları İctimai Birliyini(TUMİB) qeyd etməyə dəyər. O da məlum olduğu kimi, qarşıdan - bu ilin noyabr ayında parlament seçkiləri gəlir. Artıq indidən ölkə gündəmində seçki ab-havası və aktivliyi də duyulmaqdadır. Bu və digər əlaqəli məsələlərlə bağlı TUMİB sədri Çingiz Bayramovla söhbətləşdik.

- Çingiz müəllim, qarşıdan gələn seçkilərdə iştirak edəcəksinizmi?
- Qarşıdan gələn parlament seçkilərində iştirak etməyə hələ tam qərar verməmişəm. Amma əminəm ki, hər dəfə olduğu kimi, bu dəfə də ölkəmiz bir seçki nümunəsi göstərəcək. Ümumilikdə götürdükdə, Azərbaycanda keçirilən bütün seçkiləri bir vətəndaş cəmiyyəti institutu nümayəndəsi olaraq çox yüksək qiymətləndiririk. O cümlədən, buraya seçkilərin keçirilmə səviyyəsi ilə bərabər, əhalinin aktivliyi və üçüncü sektor təmsilçilərinin təşəbbüslərini də əlavə etmək lazımdır. Bütün bunları nəzərdən keçirəndə,
Türkiyə universitetlərinin minlərlə məzun üzvünü qanunverici orqanımızda təmsil etməyin lazım olduğunu düşünürəm. Belə ki, parlamentdə təmsil olunmaqla, məzunların problemlərini və Azərbaycanla qardaş Türkiyə başda olmaqla, digər türk dövlətlərinin bir-birilərilə olan əlaqələrinin inkişafında və problemlərin həllində daha çox iş görəcəyimizə ümid edirəm.
Məhz məzunların istəyini nəzərə alaraq onların təmsilçisi kimi Milli Məclisimizdə gələcəkdə millət vəkili olmaq üçün seçkilərdə iştirak etmək nəzəri baxımdan mümkündür.

“Xaricdə təhsil alan gənclərin mütləq əksəriyyəti azərbaycançılıq məfkurəsinə və ulu öndər Heydər Əliyev siyasətinə bağlı gənclərdir”

- Əgər namizəd olsanız, hansı bölgənin və dairənin namizədi olmağı düşünürsünüz?
- Əsasən, doğulub, boya-başa çatdığım Tovuz rayonundan namzədliyimi irəli sürə bilərəm. Amma qeyd etdiyim kimi, hələ bu barədə tam qərar verməmişəm. Bununla belə, TUMİB olaraq seçkidə iştirak imkanlarımızı götür-qoy etməkdəyik.

- Sizin rəhbərlik etdiyiniz təşkilat 2013-cü ildə keçirilən president seçkilərində də aktivlik nümayiş etdirib Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı konfrans keçirib. Maraqlıdır ki, həmin tədbirdə təkcə Türkiyə Cümhuriyyətində təhsil alan tələbə-məzunların yox, həm də digər xarici ölkələrdə oxuyan tələbə-məzunların adından bəyan etdiniz ki, həmin seçkilərdə ölkənin gələcəyi naminə Prezidenti dəstəkləyəcəksiniz…
- Bu məqamla bağlı qeyd edim ki, TUMİB Azərbaycan müstəqil olduqdan sonra xaricdə təhsil alan tələbə və məzunlarin ilk təşkilatlarından biridir. 2013-2014 illərdə təəssüflər olsun ki, xaricdə təhsil alan tələbə və məzunların bir qismini özündə birləşdirən bəzi təşkilatların rəhbərliyi milli və ictimai maraqlara uyğunluq baxımından mütəşəkkillik göstərə bilmədilər. Onlarla bağlı müəyyən mənfi və yanlış tendensiyaları aradan qaldırmaq üçün Türkiyə və Azərbaycan xaricində təhsil almış, Azərbaycanı sevən on minlərlə gəncimizin adından bu təşəbbüslə çıxış etdik. O zaman bəyan etdik ki, xaricdə təhsil alanların çox cüzi qismi, bəzi qeyri-ənənəvi dini cərəyanlara meyil edir. Əsas çoxluq, xaricdə təhsil alan gənclərin mütləq əksəriyyəti isə azərbaycançılıq məfkurəsinə və ulu öndər Heydər Əliyev siyasətinə bağlı gənclərdir.
Həmçinin indi bu məqamla bağlı mövqe bildirmək də yerinə düşərdi. Belə ki, əgər seçkilərdə iştirak etsəm və seçilsəm, tək Türkiyədə təhsil almış tələbə-məzunların yox, eyni zamanda, Azərbaycandan kənarda təhsil alan və almış bütün insanlarımızın səsi olacam.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info