Rusiya holdinqi Azərbaycanda əmtəə nişanı hüququ əldə edib
Tarix: 26.08.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


TASS agentliyinin verdiyi məlumata görə, Rusiyanın “Şvabe” holdinqi Azərbaycan ərazisində əmtəə nişanı hüququ əldə edib. “Rostex” dövlət korporasiyasına daxil olan “Şvabe”nin əmtəə nişanının Azərbaycanda Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatında 16 sinif üzrə kiril və latın əlifbalarında qeydiyyata alınıb. Holdinqin məhsullarının bütün çeşidi – geodeziya, təbabət, optik və işıq texnikası avadanlıqları dövlət tərəfindən müdafiə ediləcək. “Şvabe” həm də öz brendi altında Azərbaycan ərazisində elmi araşdırmalar, təcrübə-konstruktor işləri aparmaq və sənaye məhsullarını təhlil etmək hüququnu rəsmiləşdirib. Holdinqin Azərbaycana ixrac etdiyi məhsulların spektri kifayət qədər rəngarəngdir. Müxtəlif illərdə “Şvabe” Azərbaycana müxtəlif optik cihazlar və geodeziya avadanlıqları ixrac edib. “Şvabe” səhmdar cəmiyyətinin baş direktorunun satış, xarici iqtisadi fəaliyyət və marketinq üzrə müavini Anatoli Sludnıx TASS müxbiri ilə söhbətində bildirib ki, tibb texnika sahəsində Azərbaycanla sıx və qarşılıqlı faydalı əməkdaşlıq yaradılıb. A.Sludnıx vurğulayıb: “Ölkə ərazisində əmtəə nişanının qeydiyyata alınması işgüzar münasibətlərin inkişafında əlamətdar hadisədir. Bu qeydiyyat həm bizim azərbaycanlı tərəfdaşlarımızı müxtəlif kontrafakt məhsullardan qorumağa imkan verəcək, həm də müxtəlif müştərək layihələrin həyata keçirilməsi üçün şərait yaradacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info