Çaparımız Almaniyada beynəlxalq turnirin qalibi olub
Tarix: 26.08.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Almaniyanın Axen şəhərində atçılığın konkur üzrə Avropa Çempionatı keçirilib. Azərbaycanı yarışlarda milli komandanın kapitanı Camal Rəhimov təmsil edib.
Avropa Çempionatı və keçirilən digər mükafatlar üzrə yarışlarda C.Rəhimov iki atla- “Warrior” və “Excenel” ilə iştirak edib. Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildiriblər ki, “Soer” mükafatı uğrunda keçirilən turnirdə “Excenel” ləqəbli atla çıxış edən C.Rəhimov 0 cərimə xalı ilə ən yaxşı vaxt normativini göstərib. Bununla da idmançımız 27 iştirakçı arasında birinciliyə yüksəlib. Çaparımız 25 min avro məbləğinə mükafat fondunun 25 faizinə (6250 avro) sahib olub. Yarış 145 santimetr hündürlük üzrə təşkil edilib. 150 santimetr hündürlük üzrə keçirilən “Axen” regionu mükafatı üzrə yarışlarda da “Excenel” ləqəbli atla çıxış edən C.Rəhimov marşrutu cərimə xalına yol vermədən başa vursa da, vaxtda geri qalaraq 17-ci yerə layiq görülüb. Ümumilikdə C.Rəhimov Olimpiya aktivinə 50 xal əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info