İtaliyalı nazir miqrantlara görə Avropanı tənqid etdi
Tarix: 27.08.2015 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


İtaliya xarici işlər naziri Paolo Gentilonini Avropada qeyri-qanuni miqrantların mövcud vəziyyətinin Şengen müqaviləsi üçün təhlükə olduğunu bildirib. Qeyd edək ki, 1985-ci ildə beş Avropa ölkəsi tərəfindən imzalanmış bu müqavilə Avropa Birliyi sərhədlərində viza və pasport nəzarətinin sadələşdirilməsini ehtiva edir.
Onun sözlərinə görə, bu uyğunsuzluğu aradan götürmək və böhranı həll etmək üçün miqrantların qəbul qaydalarında dəyişikliklər etmək lazımdır. Paolo Gentilonini belə hesab edir ki, 25 il əvvəl Dublin konvensiyasında təsvir edilmiş qaydalardan hazırkı şəraitdə istifadə etmək o qədər də düzgün deyil. Miqrasiya fenomenində son illərdə baş verən kəskin dəyişiklikləri nəzərə çatdıran italiyalı nazir bunun xüsusilə ölcü və səbəblərdə axtarılmasını bildirir. Nazirə görə, miqrasiyanın kökündə dayanan müharibə, yoxsulluq və mövcud diktatura səbəbindən miqrantların qəbul qaydalarında dəyişikliklər etmək lazımdır: “Miqrant axınının avropalaşdırılmasına nəzarət lazımdır ki, onlar Avropada sığınacaq hüququ əldə edə bilsinlər. Unutmaq lazım deyil ki, miqrantlar təkcə İtaliya, Yunanıstan, Almaniya və ya Macarıstana gəlmirlər. Onlar Avropaya gəlir». «Corriere della Sera» qəzetinə verdiyi müsahibədə Paolo Gentilonini bütün bu məsələlərdə irəli getməyin vaxtı çatdığını nəzərə çatdırıb və əlavə edib ki, əks halda, hazırda baş verənləri təhlükə altında qoya bilərik: “Şengen müqaviləsi köhnə sərhədlərin geri qaytarılmasına səbəb ola bilər. Ona görə də hüquqi miqrantlar üçün Avropada kanallar yaratmaq lazımdır. Bizə bacarıqlı və istedadlı hüquqi miqrantlar lazımdır. Eyni zamanda, biz ölkələr arasında vəzifələri təyin etməliyik”. Qeyd edək ki, Avropa Birliyinin rəhbərliyi altında bu ilin avqustunda keçirilən “Triton” əməliyyatının açıqladığı məlumata görə, yanvar ayından bəri Avropa ölkələrinə 340 min nəfərdən artıq miqrant gəlib. Xatırladaq ki, bu, ötən ilin eyni dövründə 123,5 min, 2014-cü ildə isə 280 min nəfər təşkil etmişdi. Son aylarda ilk dəfə olaraq, iyul ayında Avropaya gələn miqrantların sayı 100 min nəfəri ötərək, 100,7 min nəfər təşkil edib. Əsasən, Şimali Afrika və Yaxın Şərqdən gələn miqrantların əksəriyyəti İtaliyada qeydə alınır. Onu da qeyd edək ki, AFP agentliyinin yaydığı məlumata görə, Bolqarıstan hakimiyyət orqanları Makedoniyada qaçqınlar problemi ilə əlaqədar olaraq, bu ölkə ilə sərhəddə zirehli texnika yerləşdiriblər. Bolqarıstan Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, sərhəd mühafizəsini gücləndirmək məqsədilə dörd nəzarət-buraxılış məntəqəsinə 25 hərbi qulluqçu və bir neçə zirehli yüngül döyüş maşını göndərilib. Söhbət “ehtiyat tədbirləri” barədə gedir. Zərurət yaranarsa, sərhəddəki şəxsi heyətin və texnikanın sayı artırıla bilər. Nazirliyin rəsmi nümayəndəsi Daniel Stefanovun sözlərinə görə, hərbçilərin vəzifəsi sərhəddə patrul xidməti keçmək deyil, sərhədçilər arasında müvafiq hazırlıq işləri aparmaqdan ibarət olacaq. Bolqarıstan hakimiyyət orqanlarının məlumatına görə, 2015-ci ilin əvvəlindən indiyə qədər 9,2 mindən çox adam bu ölkədə sığınacaq istəyib. Avstriya kansleri Verner Fayman isə Avropa İttifaqı çərçivəsində qaçqınları qəbul etmək üçün məcburi kvotalarla razılaşmayan Çexiya, Polşa və Baltik ölkələrini tənqid edən digər Avropa liderlərinə qoşulub. O bildirib ki, məcburi kvotalarsız Avropa İttifaqının xarici sərhədlərində vəziyyəti sabitləşdirmək mümkün olmayacaq. Avstriya kanslerinin fikrincə, qaçqınlar probleminin açarı Avropa Komissiyasında deyil, Mərkəzi və Şərqi Avropa ölkələrindədir. Çexiyanın Baş naziri Boquslav Sobotka başqa fikirdədir. O hesab edir ki, miqrantların qəbul edilməsi üçün kvotalar vəziyyəti sabitləşdirməyə kömək etməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info