Xaçmazın Hacıqurbanoba və Gəncəli kəndlərinə ilk dəfə “mavi yanacaq” verilib
Tarix: 27.08.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Hacıqurbanoba və Gəncəli kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və ümumilikdə 227 abonentə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Dünən həmin kəndlərə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər. Tədbirlərdə çıxış edənlər yaşayış məntəqələrinin qazlaşdırılması münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, 142 abonenti olan Hacıqurbanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında daşıyıcı xətt, kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərdə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə 1070 metr polietilen və 8 min 856 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub.
Gəncəli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 5 min 165 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 7 min 272 metr olan polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddəki 85 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Mərasimlərdə çıxış edən kənd ağsaqqalları və ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonra rəmzi məşəl alovlandırılıb və kəndlərə təbii qaz verilib.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq
18.07.2019
EKVİTA şirkətinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Azərbaycan-Fransa və Azərbaycan-İtaliya Ticarət Palataları ilə görüşü keçirilib
18.07.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
18.07.2019
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başladı
18.07.2019
“Azeri Light”ın bir barreli 66,17 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info