Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə müqavilə imzalanıb
Tarix: 04.02.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Texniki İqtisadi Əsaslandırma Qrupu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təklif olunmuş “Suvarma-drenaj şəbəkələrinin bərpası və onların idarə edilməsinin təkmilləşdirilməsi” layihəsinin səmərəliliyini araşdırmaq üçün Azərbaycana gəlib. Cəmiyyətdən bildiriblər ki, bununla əlaqədar olaraq ekspertlər layihə ərazisinə namizəd olan rayonlara baxış keçiriblər. Həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssis qrupu ilə görüş təşkil edilmiş, layihə ərazisinin müəyyən edilməsi, infrastrukturun bərpası və s. istiqamətlərdə müzakirələr aparılıb.
Bildirilib ki, büdcəsi 9,5 milyon ABŞ dolları olan layihə Koreya hökuməti tərəfindən təsdiqlənərsə, layihənin 2014-cü ildə başlanması nəzərdə tutulur. Bu layihənin məqsədi kənd ərazisində suvarma və drenaj şəbəkələrinin bərpası, kənd təsərrüfatı məhsuldarlığının yüksəldilməsi, fermerlərin gəlirlərinin artırılmasıdır.
Müzakirələrin yekunu olaraq “Suvarma-drenaj şəbəkələrinin bərpası və onların idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi üzrə ilkin müzakirə protokolu imzalanıb. Protokolu KOİCA-nın baş ofisinin proqram işçisi xanım Jeon Hye Sun və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini Məmmədsadıq Quliyev imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
TAP boru kəmərinin dəniz hissəsinin inşasının 10 faizi yekunlaşıb
24.01.2019
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
24.01.2019
Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info