Turisti ölkəyə cəlb etməyin yeni yolları
Tarix: 27.08.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Bu gün müxtəlif ölkələr turistləri daha çox cəlb etmək məqsədilə onlarda maraq doğuracaq yeni üsullar kəşf etməyə çalışırlar. Turistlər isə yeni macəralara üstünlük verərək başqa-başqa ölkələr seçirlər.

Alternativ turizmdə yeniliklər

Hazırda müxtəlif maraqlı üsullar tətbiq edərək turist cəlb etməyə çalışan ölkələrdən biri Türkiyədir. 1995-ci ildən başlayaraq indiyədək ekoloji tətillə bağlı qonaqlama və atçılıq xidməti verən “Viverde Hotel Berke Ranch” bu sahənin həvəskarları üçün yeni bir tur hazırlayıb. Təbiət tətili sevənlər üçün hazırlanan turlar qonaqların daha əyləncəli və unudulmaz bir tətil yaşamaları üçün təşkil olunur. “Sunrise tur” olaraq adlandırılan proqram yerli və xarici turistlər tərəfindən olduqca maraqla qarşılanır. Səhər saat 4-də başlayan proqram qədim Likya yolu ilə başlayaraq Kəmər Çamyuva sahilinə qədər uzanır. Sahildə atla dənizə girən qonaqlar günəşin doğuşunu izləyərək şampanla nahar edirlər. Bu zaman onlar həm dənizin, həm də at minməyin kefini yaşayırlar.

Turistlər artıq
animasiya istəmirlər


Bir otelin imicini müəyyənləşdirən amillərin sırasında animasiya fəaliyyətləri öz nüfuzunu itirməyə başlayıb. Avropanın ən böyük otel araşdırma saytlarından biri olan “Holidaycheck” internet forumu 1200 turist arasında anket sorğusu keçirərək qəribə nəticələr əldə ediblər. Belə ki, alman turistlərin 41,6 faizi oteldə hər hansı növ animasiya proqramına “olmasa da olar” deyib. Hətta 44,1 faizi “tamamilə olmasın”, 28,4 faiz isə “animasiya olsun” deyə fikirlərini bildiriblər. Beləliklə, alman turistlərin 9,8 faizi “sadəcə hovuz başında az animasiya” olsun dediyi halda, 10,5 faizi sadəcə idman salonlarında olmasını istəyir. Ümumilikdə isə çox kiçik bir hissə- 8,1 faiz turist heç kimsəni narahat etməyəcəksə 24 saat “animasiya ola bilər” deyib. Bu qrupda uşaqlı ailələr üstünlük təşkil edir.

Türkiyə termal turizmdə əsas
yer tutmağa çalışır


Türkiyə Səhiyyə Nazirliyi gündəlik 700 min yataq imkanı olan və termal qaynaqların sağlamlıq xidməti verəcəyi termal və reabilitasiya mərkəzləri ilə termal turizmdə dünya turizmində əsas yer tutmaq üçün çalışmalara başlayıb. Ölkədə sağlamlıq turizminin kifayət qədər olmadığını deyən Türkiyə Səhiyyə Nazirliyinin rəsmisi Ö.Tontuş termal sahə üzrə 3 il ərzində ümumi 40 min yataq yerinin olmasının nəzərdə tutulduğunu bildirib. Termal su yataqlarının xəstəxana icazəsinə malik olacağı, lakin əməliyyat edilməyəcəyi, xəstələrin əməliyyatdan sonra burada reabilitasiya ala biləcəyi qeyd edilib. Bununla da Türkiyə bölgədə və Şərqi Avropada əsas dövlət olmaqla yanaşı, dünyanın önəmli reabilitasiya mərkəzlərindən birinə çevriləcək.

Side Sualtı Muzeyi
turistləri heyran edir


İkinci Dünya müharibəsinə şahid olan müharibə təyyarələri və gəmilərinin olduğu nöqtələr Antalya sualtı səyahət turizminə böyük dəstək verir. Bu baxımdan Side Sualtı Muzeyindəki mənzərələr turistlərdə böyük heyranlıqla qarşılanır. Antalya və ətrafında sualtı səyahət şirkətləri var və bu şirkətlər həmin nöqtələrə bir günlük turlar təşkil edirlər. Ötən mövsüm 100 mindən artıq turist məhz bu sualtı səyahəti seçdiyi, bu ilin sonunda isə 250-300 min turistin bu turizm növünü seçəcəyi bildirilir. Bu baxımdan Side Sualtı Muzeyi turist sualtı mərkəzi sırasında yer alacaq. Mərkəzdəki digər maraqlı nöqtələr isə falez və Siçan adasıdır. Siçan adasının şərqində kiçik bir mağaranın olması da səyahət həvəskarlarının marağını çəkən bir nöqtədir. Antalyadakı müharibə zamanı batanlardan maraqlı eksponatlardan biri də Kaşda, digəri isə Manavqatdadır. Manavqatdakı B-24 Amerika müharibə təyyarəsidir. Kaşda batan isə digər bir italyan təyyarəsidir. Üç Adalar kimi tanınan bölgə isə ən populyar sualtı səyahət mərkəzlərindəndir. Beləliklə, bu cür sualtı gəzinti son vaxtlar turistlərin böyük marağına səbəb olduğu üçün turizm şirkətləri bu sahədə yeni məkanlar kəşf etməyə çalışırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info