Kənd məktəbinin 13 məzunu ali məktəblərə daxil olub
Tarix: 27.08.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunun M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin builki məzunlarından 13 nəfəri test imtahanlarında yüksək nəticələr qazanaraq ali məktəblərə daxil olub. Atakişili kənd tam orta məktəbində 2014-2015-ci il tədris ilində 420 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 50 nəfər müəllim məşğul olub. Məktəbdə bütün fənlər üzrə ixtisaslı müəllimlər çalışırlar. Müəllimlər fənn kurikulumlarının tətbiqi ilə bağlı kurslar keçib, sertifikatlar alıblar və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından geniş faydalanırlar. Coğrafiya müəllimi Sevinc Əmirovanın qabaqcıl iş təcrübəsi rayonda yayımlanıb, bir neçə müəllim rayon icra hakimiyyətinin fəxri fərmanlarını alıb.
Məktəbin şagirdləri intellektual bilik yarışmalarında, fənn olimpiadalarında həmişə yüksək nəticələr qazanırlar.
Cari dərs ilində məktəbin buraxılış sinfini 28 şagird bitirib ki, onlardan 13-ü ali məktəblərə daxil olub.
Qeyd edək ki, Atakişili kənd tam orta məktəbi üçün hazırda 640 şagird yerlik yeni bina inşa olunur və artıq məktəbin tikintisində son tamamlama işləri aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info