Tərtərin içməli su təchizatı sistemi yenidən qurulur
Tarix: 27.08.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı Layihəsi" çərçivəsində Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
“Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Tərtər şəhərini və ətraf 11 kəndi əhatə edir. 2035-ci ilədək inkişaf perspektivi nəzərə alınmaqla, gələcəkdə layihədən 47 min nəfər faydalanacaq.Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və 9 subartezian quyusunun qazılması nəzərdə tutulub. Rayonun dayanıqlı su təchizatını təmin etmək məqsədilə hər birinin tutumu 5000 kubmetr olan iki su anbarı tikiləcək və mənbədən anbarlara qədər uzunluğu 3,6 kilometr olan 225-355 millimetrlik polietilen borularla suyığıcı xətt çəkiləcək. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 109 min 784 metr uzunluğunda paylayıcı su xətti çəkilərək, 2959 ünvana ev birləşməsi veriləcək və hər bir abonent “smart-kart” sayğaclarla təmin olunacaq.Layihəyə uyğun olaraq Tərtər şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 103 min 763 metr uzunluğunda kanalizasiya xətti, 2563 kanalizasiya baxış quyusu tikiləcək, 3944 ünvana birləşmə veriləcək. Tullantı sularının kənarlaşdırılması məqsədilə diametri 800 millimetr olan 8137 metr uzunluğunda kanalizasiya kollektoru qurulacaq.Artıq 5000 kubmetrlik su anbarında bünövrənin qazıntısı başa çatıb, qum-çınqıldan ibarət hazırlıq qatı verilib. 9 nömrəli subartezian quyusunun qazılmasına başlanılıb. Mənbədən su anbarına qədər 120 metr suyığıcı xətt, həmçinin şəhərdə 8467 metr su xətləri çəkilib, 318 ünvana ev birləşməsi verilib.Layihəyə Tərtər şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması da daxildir. İndiyədək 15 min 240 metr uzunluğunda kanalizasiya xətti çəkilib, 364 ədəd dəmir-beton baxış quyusu tikilib, 344 ünvana kanalizasiya birləşməsi verilib.
Hazırda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. İşlərin 2016-cı ilin dekabrınadək başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info