“Azərbaycan 20 ildən çoxdur, Qərbin etibarlı enerji tərəfdaşıdır”
Tarix: 27.08.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində məqaləsi dərc olunub.
Konsulluqdan bildirilib ki, “Xəzər təbii qazının Qərbə axını: Avropanın enerji xəritəsi dəyişmək üzrədir” başlıqlı məqalədə müəllif, Azərbaycanın əsas iştirakçı qismində çıxış etdiyi, Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsi barədə danışaraq, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verəcəyi töhfələri qeyd edir. N. Ağayev qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq sərmayə və tərəfdaşlıq üçün öz qapısını açan Azərbaycan 20 ildən çoxdur, Qərbin etibarlı enerji tərəfdaşı olaraq qalmaqdadır.
Diplomat vurğulayır ki, Azərbaycan yalnız öz nəhəng neft və qaz yataqlarına görə deyil, eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Avropaya ötürülməsində xüsusi geostrateji önəmə malikdir. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin qısa zamanda əldə etdiyi nailiyyətləri sadalayaraq, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf və müasirləşmə yolu keçərək bu gün yerləşdiyi regionun iqtisadiyyatının 80%-ə nəzarət etdiyini bildirir. Diplomat, Azərbaycanın tarixən malik olduğu və bu gün də böyük qürur hissi ilə yaşatdığı qədim tolerantlıq ənənələrindən bəhs edir və bu ənənələrin neft-qaz resursları qədər ölkəmizin ən qiymətli sərvətlərindən olduğunu vurğulayır.
Həmçinin, N. Ağayev Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti barədə oxucuları məlumatlandırır.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info