Xəzərin hüquqi statusu üzrə iclasın vaxtı məlum oldu
Tarix: 27.08.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun növbəti iclası sentyabrın əvvəlində Moskvada keçiriləcək”. Bunu “Trend”ə müsahibəsində İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.
İ.Rəhimpur bildirib ki, hüquqi statusun müəyyənləşdirilməsi ilə bağlı bir çox məsələlər artıq razılaşdırılıb. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı bəzi önəmli məqamlar qalıb ki, tərəflərin hamısı eyni fikirdə deyil:
“Müzakirələr davam etdirilir və ümid edirik ki, müzakirələrin nəticəsi müsbət olacaq”.
İran XİN rəsmisi vurğulayıb ki, Xəzər dənizində təhlükəsizlik tam təmin olunub və Xəzərin sərvətlərindən də 5 ölkənin xalqları yararlanırlar:
“Ölkələr hüquqi statusun müəyyənləşdirilməsi üçün qalan məsələləri müzakirələri davam etdirəcəklər”.
O qeyd edib ki, Xəzər dənizi sülh və 5 ökə arasında dostluq dənizidir. İ.Rəhimpurun sözlərinə görə, 20 ildir ki, müzakirələr davam etdirilir və əlbbətdə bu müzakirələr böhranlı məsələlər üzrə müzakirələr deyil:
“Ona görə ki, Xəzər dənizindən bütün ölkələr bəhrələnir, dənizdə gediş-gəliş edir, gəmiçilik edir, dənizin sərvətlərindən istifadə edirik. Qərara alınıb ki, hələlik 1921 və 1940-cı illərin müqavilələrini əvəz edəcək etibarlı və 5 ölkəni qane edəcək müqavilə əldə olunmayanadək bu, belə də davam etsin”.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
CNN Türk kanalı Prezident İlham Əliyevin Çinə səfəri haqqında reportaj yayımlayıb
26.04.2019
Putin: Bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq
26.04.2019
Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik
26.04.2019
Zakir Həsənov cəbhəboyu zonada olub, müvafiq tapşırıqlar verib
25.04.2019
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info