DSMF xaricdəki vətəndaşların müraciətlərini operativ cavablandırır
Tarix: 27.08.2015 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun başlıca fəaliyyət istiqamətlərindən biri də əhaliyə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılmasının müasir dövrün tələblərinə uyğun təşkil olunmasıdır. Bu işin mühüm komponentləri sırasında xaricdən daxil olan müraciətlərə diqqətlə yanaşılması da mühüm yer tutur. Belə ki, xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən Fonda edilən müraciətlər daim diqqətlə araşdırılır və operativ şəkildə cavablandırılır.
2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan 1730 müraciətin böyük əksəriyyəti MDB ölkələrinə aiddir. MDB ölkələrindən göndərilən 1543 müraciətdən 1498-ni Rusiyadan daxil olan müraciətlər təşkil edir. Müraciətlərdə əsasən vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi kimi məsələlər öz əksini tapıb.
Xarici ölkələrdən daxil olan müraciətlərin say çoxluğuna görə növbəti yerdə Тürkiyə Cümhuriyyəti qərarlaşıb. Bu ölkədən Fonda ünvanlanan 184 müraciət əsasən Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan digər 48 müraciət isə ayrı-ayrı xarici ölkələrə aiddir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info