Ə.Abbasov: “ Dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik”
Tarix: 27.08.2015 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə Bakı şəhərində COIA-2015 – “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015” mövzusunda 5-ci Beynəlxalq konfrans (“Control and Optimization with Industrial Applications (COIA-2015)” işinə başlayıb. Konfransın ilk sessiyasına sədrlik edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov çıxışında Azərbaycanda elm və təhsilə artan diqqətdən söz açaraq, qeyd edib ki, bu sahələrin inkişafı respublika Prezidenti İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir.
COIA-2015-in aktual mövzuya həsr olunduğunu da deyən nazir bildirib ki, artıq sayca 5-ci dəfə keçirilən bu beynəlxalq konfrans bir neçə tanınmış alim, o cümlədən Tamer Basar, Aleks Rubinov, Vladimir Larin, Kris Floudas, Janus Kaspırşık, Stefan Boyd, Fikrət Əliyevlə yanaşı, digər professorların təşəbbüsü, Azərbaycan hökumətinin dəstəyi və təşkilatçılığı ilə ilk dəfə 2005-ci ildə Bakıda keçirilib. Konfransın təşkilatçılıqla fərqləndiyini də nəzərə çatdıran nazir onun ərsəyə gəlməsində hökumət, akademiya və biznesin yaxından iştirak etdiyini qeyd edib. Elmi nəzəriyyə və onların praktikada tətbiqindən də söz açan nazir əlavə edib ki, bu gün qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində çoxsaylı elmi tədqiqatların aparılmasında mürəkkəb texniki sistemlərin layihələndirilməsində və s. sahələrdə optimallaşdırma və optimal idarəetmə problemləri ön plana çəkilir.
Tədbirdə müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirakını yüksək dəyərləndirən Əli Abbasov qeyd edib ki, biz dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik.
Bildirilib ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-dək məruzənin dinləniləcəyi gözlənilir. Artıq ənənə halı almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində keçirilib.
Daha sonra tədbirin ev sahibi qismində iştirak edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib: “Elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin “ən yaxşı” şəkildə idarə olunması tələb olunmasın. Son dövrlərdə hər il ərzində Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələri həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bu gün Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür və Beynəlxalq reytinq cədvəllərində öndə gedir”. Azərbaycanın ilk təhsil ocağında nanotexnologiyalar sahəsində aparılan tədqiqatlardan da söz açan rektor qeyd edib ki, bu istiqamətin inkişafı üzrə BDU 56 dövlət arasında ilk yerə çıxıb.
Çıxışının sonunda rektor Abel Məhərrəmov Əli Abbasovu “Elmin dostu” adlandıraraq, konfransın təşkilində fəal iştirakına görə naziri “Universitetin dostu” diplomu ilə mükafatlandırıb. Konfransda iştirak edən xarici professorlar isə “Fəxri qonaq” diplomu ilə təltif ediliblər.
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov, ukraynalı alim Vladimir Larin çıxış edərək, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015”-in işinə uğurlar diləyiblər. Konfransın ilk sessiyası ABŞ universitetinin professoru Tamer Basarın “Çoxagentli şəbəkə sistemləri” mövzusunda məruzəsi ilə davam edib.
Qeyd edək ki, avqustun 29-na qədər davam edəcək beynəlxalq elmi tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur.
Konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir. Beynəlxalq konfransda Türkiyə, İran, Ukrayna, Şimali Kipr, Nigeriya, Belarus, Rusiya, Bolqarıstan, Çin, Küveyt, Laqos, Qazaxıstan, Fransa, Əlcəzair, Malayziya, Polşa, Misir, Oman, Pakistan və digər ölkələrdən olan mütəxəssislər iştirak edirlər. Növbəti COIA konfransının 27-29 iyun 2017-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində St John Universitetində keçirilməsi planlaşdırılır.

Sosial şəbəkələrin fəaliyyəti üçün icazə almaq lazım olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq. Bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb: “Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən aktiv şəkildə istifadə olunur. Bundan başqa onlardan bir neçəsi internet şəbəkəsi üzərindən xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir”.
Ə.Abbasov qeyd edib ki, hazırda nazirlik “Viber”, “WhatsApp”,“Skype” şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb: “Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”.
Nazir bildirib ki, “Viber”, “WhatsApp”, “Skype” şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: “Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info