“Milan Expo 2015” çərçivəsində Azərbaycanın biznes mühiti müzakirə edilib
Tarix: 27.08.2015 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


İtaliyanın Milan şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) birgə təşkilatçılığı ilə “Milan Expo 2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycanın ölkə təqdimatı: “Azərbaycana investisiya yatırın: biznes mühiti və imkanları” mövzusunda tədbir keçirilib. İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) rəhbəri Manuela Traldi Azərbaycanın İtaliyanın əsas xarici ticarət tərəfdaşlarından olduğunu, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində iri layihələrin reallaşdırıldığını və belə layihələrin həyata keçirilməsində İtaliya şirkətlərinin də iştirak etdiyini bildirib, iqtisadi əlaqələrin genişləndirilməsində sərgilərin, işgüzar görüşlərin və s. tədbirlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin İtaliya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılıb. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları ölkəmizi xarici investora çevirib. Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə, həmçinin Balaxanı Sənaye Parkına dair təqdimatlar keçirilib. Tədbir iştirakçıları “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonu ilə tanış olublar. Sərginin Azərbaycan pavilyonu qonaqlar tərəfindən araqla qarşılanıb. Qeyd edək ki, Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun yaradılması layihəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Sərgi oktyabrın 31-dək davam edəcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info