Daha iki güləşçimiz bürünc medal qazanıb
Tarix: 28.08.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya Çempionatı davam edir. Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışıb.
Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edib. İlk yarış günündə güləşçilərimiz 1 bürünc medal (Xancavad Məcidzadə) qazanıb. İkinci yarış günündə 42, 46, 69, 76 və 85 kq çəkidə yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub. 42 kq-da mübarizə aparan Fail İsgəndərov ilk görüşdə İran güləşçisinə uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan güləşçimiz Türkiyə təmsilçisinə qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Meksika idmançısına da qalib gələn Fail İsgəndərov Dünya Çempionatının bürünc medalına yiyələnib. 69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə ardıcıl olaraq Qırğızıstan və Türkmənistan təmsilçilərinə qalib gələn Ülvi bürünc medal uğrunda görüşə çıxıb. Türkiyə güləşçisi üzərində gərgin keçən görüşdə qazandığı qələbə sayəsində təmsilçimiz Dünya Çempionatının bürünc medalına sahib olub. Beləliklə, ilk iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz yeniyetmələrin Dünya Çempionatını 3 bürünc medalla başa vurub. Qeyd edək ki, dünən yeniyetmə qızlar mübarizəyə qoşulub. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info