Stolüstü tennis üzrə Avropa Çempionatının püşkatma mərasimi keçirilib
Tarix: 28.08.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-dən oktyabrın 4-dək Rusiyanın Yekaterinburq şəhərində stolüstü tennis üzrə Avropa Çempionatı keçiriləcək. Çempionatın püşkü atılıb. Turnir şəxsi və komanda xarakteri daşıyacaq və əsas diqqət məhz komanda yarışlarına yönələcək.
“A” qrupunda Markoş Freytaş, Tiaqu Apoloniya, Joau Monteyro, Dieqo Çen və Joau Jeraldunun yer aldığı Portuqaliyanın yığma komandası Fransa, Macarıstan və Serbiya ilə üzləşəcək. “B” qrupunda isə Dmitri Ovtçarov, Timo Boll, Bastian Şteqer, Patrik Baum və Patrik Fransiskodan ibarət Almaniya komandası Ukrayna, Polşa və İspaniya yığması ilə görüşəcək. “C” qrupunda ötən ilin bürünc mükafatçısı İsveç komandası Rusiya, Avstriya və Rumıniya idmançıları ilə mübarizə aparacaq. Nəhayət, “D” qrupunda Xorvatiya, Belarus, Yunanıstan, Danimarka və Çexiya komandaları qarşılaşacaq. Qadınların yarışında “A” qrupunda Almaniya, Belarus, Çexiya və Slovakiya, “B” qrupunda Avstriya, Rumıniya, Fransa, Serbiya, “C” qrupunda Polşa, Rusiya, Macarıstan və Lüksemburq, “D” qrupunda isə İsveç, Niderland, Portuqaliya və Ukrayna ən yüksək mükafatlar uğrunda mübarizə aparacaq. Ötən il Lissabonda keçirilən Avropa Çempionatında çempion adını ev sahibləri qazanmışdılar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info