Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın təklifini qəbul edib
Tarix: 28.08.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların sayı artırılıb
2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təklifə əsasən yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayını artırmaq barədə qərar qəbul edib.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi (DGB) idarə heyətinin üzvü Namiq Əliyev bir müddət əvvəl qurumun iclasında yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş üzrə iştirakçıların sayının artırılması barədə təkliflə çıxış edib. Bu təklif idarə heyəti üzvləri, eləcə də DGB prezidenti Nenad Laloviç tərəfindən də müsbət qarşılanıb və BOK rəhbərliyi qarşısında bu məsələni qaldırmaq barədə razılıq əldə edilib. Beləliklə, BOK idarə heyətinin növbəti iclasında bu məsələ müzakirə edilib və müsbət həllini tapıb. Belə ki, 2018-ci ildə yeniyetmələrin III Yay Olimpiya Oyunlarının güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla 18-ə çatdırılıb. Buna qədər bu say 14 idi. Beş çəkidə sərbəst, 5 çəkidə yunan-Roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi. Bu qərarın qəbulundan sonra Nenad Laloviç Azərbaycan Güləş Federasiyasına məktub ünvanlayaraq Namiq Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə təşəkkürünü bildirib. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının güləş yarışlarında çəki dərəcələrinin sayının artırılmasına münasibət bildirən Namiq Əliyev bu məsələnin bir neçə ildir müzakirə edildiyini vurğulayaraq deyib: “Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr gedirdi. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təklifimiz müsbət dəyərləndirildi və yeniyetmələrin Yay Olimpiya Oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşı haldır. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaq”. Xatırladaq ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nanjinqdə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-Roma, 1 qadın) təmsil olunmuşdu. Güləşçilərimiz maksimum sayda lisenziya əldə edərək yeniyetmələrin həm birinci, həm də ikinci Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak edərək Sinqapurda 4 qızıl və 1 gümüş, Nancinqdə isə 3 qızıl və 2 gümüş medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Yalnız bir nəfər“
22.04.2019
Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22.04.2019
Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info