Birjalarda neftin və aksiyaların qiyməti artmağa başlayıb
Tarix: 28.08.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Dünən neft, aksiya və metalların qiymətlərində artım müşahidə olunub. Buna Federal Ehtiyatın (ABŞ-ın Mərkəzi Bankı) Birləşmiş Ştatlarda faiz dərəcələrinin artması barədə proqnozları doğrultmayan bəyanatı səbəb olub.
“İnterfax” informasiya agentliyi xəbər verir ki, Uoll-Strit-də aksiyaların dirçəlməsinin ardından Çinin fond indekslərinin qiymətləri də artmağa başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, WTI markalı neftin barelinin qiyməti səhər saatlarında 2 faizdən də çox bahalaşaraq 39,40 dollardan satılıb. Londonun ICE Futures birjasında isə Brent markalın neftin barelinin oktyabr fyuçerslərinin qiyməti də təxminən 2,3 faiz artaraq 44,12 dollarda qərarlaşıb. Bu ərəfədə “Bloomberg” agentliyinin analitikləri ABŞ-da neft ehtiyatlarının orta hesabla bir qədər artacağını gözləsələr də, keçən həftə onun 5,45 milyon barelə qədər azaldığı məlum olub. Bundan başqa, Londonda mis 1,5 faiz, alüminium isə 1,1 faiz bahalaşıb. ABŞ-ın aksiya bazarı da son dörd ilin rekord artımına imza atıb. Dow Jones industrials fond birjasının indeksi 3,95 faiz - 16 285,51 punkta qədər artıb. S&P500 fond indeksinə daxil olan aksiya kapitallaşması isə 643 milyard dollara qədər yüksəlib. Bu artımlar fonunda Çin bazarında da dirçəlmə müşahidə olunub. Belə ki, Shanghai Composite fond birjasının indeksi 1,6 faizlik artım göstərib.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info