İraqda “İŞİD” yaraqlılarının iki general öldürülüb
Tarix: 28.08.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


İraqın qərbindəki Ənbar əyaləti üzərində nəzarəti bərpa etmək üçün aparılan əməliyyata rəhbərlik edən iki general “İŞİD” yaraqlılarının açdığı atəş nəticəsində öldürülüb. BBC telekanalı xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, həlak olan yüksək rütbəli hərbçilər operativ "Ənbar" qərargahının komandanının müavini general-mayor Əbdül Rəhman Hanzal və 10-cu briqadanın komandiri Safin Əbdül Məciddir. Həmçinin qərargah komandanının köməkçisi Əbdül Rəhman Əbu Raqif və daha 4 əsgər və zabit də hadisə nəticəsində həyatını itirib. Hücum əsasən sünnilərin məskunlaşdığı Ramadi şəhərinin şimalında baş verib. Qeyd edək ki, “İŞİD” terrorçuları Suriyanın Türkiyə ilə sərhəddə yerləşən 5 kəndini ələ keçiriblər. Bu barədə Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb. Kəndlərdən 3-ün Türkiyə sərhədinin 20 km cənubundakı Marea qəsəbəsi civarında, 2-nin isə daha şimaldakı Hələb şəhəri ilə sərhədə yerləşdiyi bildirilir. Koalisiya qüvvələri isə “İŞİD”in bölgədəki mövqelərinə aviazərbələr endirməkdə davam edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info