Azərbaycanda «Facebook» istifadəçilərinin sayı son bir ayda daha 4 faiz artıb
Tarix: 04.02.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzi sonuncu nəticələr əsasında növbəti dəfə ölkələr üzrə «Facebook» istifadəçilərinin sayını açıqlayıb. Son vəziyyətə görə, Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 996 140-a çatıb. Bu da ötən ayla müqayisədə 4% çoxdur. Son 6 ay ərzində isə bu göstərici 16,6% və ya 142 min artıb. Mərkəzin dərc etdiyi hesabatda Azərbaycan 213 ölkə arasında 82-ci yerdə qərarlaşıb və ötən ayla müqayisədə Azərbaycan bu reytinqdə 2 pillə irəliləyib. Bununla da Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (107), Estoniya (106), Latviya (109), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (148) kimi ölkələri qabaqlayıb. Qeyd edək ki, hazırda «Facebook» şəbəkəsindən istifadəyə görə 164 mln. istifadəçi ilə 1-ci yerdə ABŞ, 2-ci yerdə 65 mln. istifadəçi ilə Braziliya, 3-cü yerdə isə 61 mln. istifadəçi ilə Hindistan qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır
22.06.2019
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb
22.06.2019
Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info