Liviya sahillərində 439 miqrant xilas edilib
Tarix: 28.08.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Poseydon” gəmisi taxta qayıqlarda kontinental Avropaya üzüb gəlməyə çalışan miqrantları xilas etmək üçün İtaliya sahil mühafizə xidməti tərəfindən Liviyanın ərazi sularına göndərilib.
İsveç KİV-ləri ölkənin sahil mühafizə xidməti nümayəndəsinə istinadla xəbər verir ki, hadisə yerinə gələn İsveç dənizçiləri salamat qalan 439 nəfəri gəminin bortuna qaldırıblar. Qayığın anbarında isə 40 miqrantın cəsədi aşkarlanıb. İnsanların xilas edilməsi əməliyyatı İtaliya sahil mühafizə xidmətinin əlaqələndiriciliyi ilə keçirilib. İtaliya gəmisi də hadisə yerində olub. Məlumata görə, ötən gün 10 qayıqdan fəlakət siqnalı daxil olub. Görülən tədbirlər sayəsində azı 2000 miqrant xilas edilib. Qeyd edək ki, İsveç gəmisi Avropa İttifaqının “Frontex” Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinin axtarış-xilasetmə missiyası çərçivəsində Aralıq dənizində olub. Aİ ölkələrinin gəmiləri “Triton” adlı əməliyyat çərçivəsində görünməmiş miqrant axını ilə bağlı ağır vəziyyətdə İtaliya xidmətlərinə kömək edirlər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info