Bu il “ADA” Universitetində 40 ölkədən xarici tələbə təhsil alacaq
Tarix: 28.08.2015 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


“ADA” Universitetində bu tədris ilində bakalavr və magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq. Universitetdən verilən məlumata görə, bunların arasından 52 xarici tələbə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən Əlimərdan bəy Topçubaşov təqaüdünü qazanıb.
Səkkiz nəfər isə, “ADA” Universitetinin beynəlxalq tərəfdaşları olan universitetlərdən, o cümlədən Böyük Britaniyanın Glasgow Universiteti, Fransanın İESEG Menecment Məktəbi, Cənubi Koreyanın Hankuk Universiteti, ABŞ-ın Miçiqan Universiteti və Türkiyənin Giresun Universitetindən mübadilə tələbələridir. Qeyd olunub ki, “Qlobal liderlik” fəlsəfə sütunlarından biri olan “ADA” Universitetində tədris prosesinin beynəlmiləl olmasına böyük əhəmiyyət verilir. Belə ki, universitetin tək tələbə deyil, professor-müəllim heyətinin də bir qismi xarici mütəxəssislərdən ibarətdir. Universitetin Hökumət, Beynəlxalq Münasibətlər və Tələbə Məsələləri üzrə prorektroru Fariz İsmayılzadənin sözlərinə görə, məqsəd innovativ təhsil verməklə yanaşı, tək bölgədə deyil, bütün dünyada müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevriləcək məzunlar hazırlamaqdır: “ADA” Universitetinin beynəlxalq tələbələrinin coğrafiyası bu il bir qədər də genişlənərək Əlcəzair, Kolumbiya, Misir, İtaliya, Hindistan, İraq, Almaniya kimi ölkələri daxil etmişdir. Bu da, “ADA” Universitetinin və Azərbaycanda verilən təhsilin tək bölgədə deyil, bütün dünyada tanınmağa başladığından xəbər verir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info