Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri Azərbaycana səfər edəcəklər
Tarix: 04.02.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Yaxın aylarda Səudiyyə Ərəbistanının bir sıra yüksək vəzifəli məmurlarının Azərbaycana rəsmi səfərləri gözlənilir. Mart ayında ölkənin Sərhəd korpusunun rəhbərinin Azərbaycana səfəri baş tutacaq. O, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevlə görüşəcək. Aprel ayında isə Səudiyyə Ərəbistanı hökuməti yanında Baş Audit Bürosunun rəhbəri Üsamə bin Cəfər əl-Faqih Azərbaycana səfər edəcək”.
Bu barədə Krallığın Bakıdakı səfiri Fəhd bin Əli əl-Düsəri Azərbaycanda diplomatik missiyasının başa çatması ərəfəsində Trend-ə müsahibəsində bildirib. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin səviyyəsinə gəldikdə əl-Düsəri qeyd edib ki, ölkələr arasında qardaş, eləcə də dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur: “Ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və Səudiyyə Ərəbistanı İslam Əməkdaşlığı Təşkilatının üzvləridir. Hər iki ölkə gələcəkdə qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edir. Ölkələrimiz arasında əlaqələrin inkişafı şübhəsiz ki, dövlət başçılarının - Prezident İlham Əliyevin və Kral Abdullahın səylərinin nəticəsidir”.
Səfir mədəniyyət və təhsil sahəsində ölkələrin əməkdaşlığını xüsusi qeyd edib. Onu da bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, bu, Səudiyyə Ərəbistanının heç vaxt dəyişməyəcək rəsmi mövqeyidir.
”Krallıq Dağlıq Qarabağ münqaişəsi ilə bağlı qəbul edilmiş bütün beynəlxalq qətnamələri dəstəkləyir. Səudiyyə Ərəbistanı gələcəkdə də bu münaqişədə Azərbaycanın mövqeyini dəstəkləyəcək”-deyə səfir diqqətə çatdırıb.
ASIF




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info