“Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış”
Tarix: 28.08.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Oktyabrın 8-9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstan prezidenti Rozen Plevneliyevin himayəsi ilə "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” mövzusunda 6-cı ali səviyyəli toplantısını keçirəcək. Mərkəzin məlumatına görə, toplantı Diasporla İş üzrə Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq.
UNESCO-nun baş direktoru İrina Bokova bununla bağlı açıqlamasında deyib ki, çoxlu sayda ölkə və hökumət başçılarının, nüfuzlu beynəlxalq simaların və nüfuzlu beynəlxalq təşkilatlarının, ictimai sektorun təmsilçilərinin qatılacağı bu önəmli toplantı dünya üçün əhəmiyyətlidir: “Hazırda dünya onu narahat edən qlobal problemlərin həll olunması üçün vahid yanaşmanın müzakirə olunması, dayanıqlı sülh mədəniyyətinin yaradılmasına ehtiyac var. Buna yalnız təkcə Avropada deyil bütün dünyada acıq dialoq və qarşılıqlı hörmətlə əldə etmək olar."
Ərəb Liqasının sabiq baş katibi (2001-2011) Amr Mussa isə deyib ki, bu toplantı Avropada son baş verən hadisələr fonunda Avropadakı siyasi əməkdaşlığın yaşadığı krizisi müzakirə etmək üçün önəmli şansdır.
4-cü Qlobal Bakı Toplantısına hazırlıq məqsədi daşıyacaq bu toplantının işində Rozen Plevneliev, Bolqarıstan prezidenti Gjorge İvanov, Makedoniya prezidenti Mladen İvanic, Bosniya və Herseqovina prezidenti Bronoslav Komorovski, Polşa prezidenti və o cümlədən Andorra, Albaniya, Belçika, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Estoniya, Misir Ərəb Respublikası, Kanada, Xorvatiya, Ukrayna, Latviya, Finlandiya, Kolumbiya, Serbiya, Slovakiya, Sloveniya, Avstriya, Rumıniyanın sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.
Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis olunmasının 3 illiyi də qeyd olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info