Marqot Valström “İŞİD”ə qarşı beynəlxalq səviyyədə mübarizəyə başçılıq etməyi qərara alıb
Tarix: 28.08.2015 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


İsveçin xarici işlər naziri Marqot Valström BMT-də ali səviyyədə təcili görüş təşkil edilməsi çağırışı ilə çıxış edib.
Bu xəbər İsveç KİV-lərində yayılıb. Görüşün məqsədi özünü “İŞİD” adlandıran terror təşkilatı tərəfindən insanlığa qarşı törədilən cinayətlərlə mübarizədə beynəlxalq birliyin təxirəsalınmaz fəaliyyət planını işləyib hazırlamaqdır.
Nazir İsveçin “Svenska Dagbladet” qəzetinə verdiyi müsahibədə deyib ki, bu məsələ dünya birliyinin gündəliyində prioritet məsələ olmalıdır. İsveçin xarici siyasət idarəsi rəhbərinin fikrincə, “müasir dünyada seksual zorakılıq, köləlik, terrorizm, qadın və qız alveri kimi hallara yol verilməməlidir”.
Marqot Valström xüsusi vurğulayıb ki, o, belə hallara həmişə xüsusi fəallıqla reaksiya bildirib və bundan sonra da belə etmək niyyətindədir.
Bu qlobal problemin həllində İsveçin rolu ilk növbədə beynəlxalq birliyi səfərbər etməkdən ibarətdir. Məhz bu səbəbdən, Marqot Valström “İŞİD”ə qarşı beynəlxalq səviyyədə mübarizəyə başçılıq etməyi qərara alıb.
İsveçin xarici işlər naziri Marqot Valström deyir: “Mən BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə əlaqədar təcili iclasının çağırılmasını tələb etmək niyyətindəyəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info