Azərbaycan “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forum”unda təmsil olunub
Tarix: 28.08.2015 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


İordaniya Haşəmi Krallığının paytaxtı olan Amman şəhərində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forum” keçirilib. Forumun açılış mərasimində İordaniya Haşəmi Krallığının vəliəhdi Şahzadə Hüseyn ibn Abdullah, BMT Əhali Fondunun icraçı direktoru cənab Babatunde Osotimehin, YUNESKO-nun baş direktoru İrina Bokova, İordaniyanın Baş nazirinin müavini və Xarici İşlər Naziri Nasser Judeh, BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavi və Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə tədbirin iştirakçıları ilə mövzu barədə öz fikirləri ilə bölüşüb forumun fəaliyyətinə uğurlar diləyiblər.
Qlobal forumda ölkəmiz Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, BMT İnkişaf Proqramının gənclər üzrə layihəsinin assistenti Azər Abasəliyev və ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin direktoru Pərvin Rəhimli ilə təmsil olunub.
2 gün ərzində “Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti”, “Qarşıya çıxan çətinliklər və onların həlli üsulları”, “İnkişafın düzgün ölçülməsi və qiymətləndirilməsi” “İnnovasiya və texnologiyaların sülhə töhvələri” “Gənclərin beynəlxalq sülh üçün atdığı və ata biləcəyi addımlar” və s. kimi müxtəlif mövzuları əhatə edən müzakirələrin nəticəsi olaraq Forumun bağlanış mərasimində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Amman Gənclər Bəyannaməsi” qəbul olunub. Bəyannamə BMT Təhlükəsizlik Şurasının payızda keçiriləcək sessiyasında İordaniya nümayəndəliyi tərəfindən təqdim ediləcək.
Qeyd edək ki, 28-30 oktyabr 2014-cü il tarixində Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumdan sonra dünyada gənclər siyasəti mövzusunda nəzərəçarpan fəallıq müşahidə edilir. Məhz bu səbəbdən Azərbaycan nümayəndə heyəti tədbirdə iştirakı ilə ölkəmizin gənclər siyasəti sahəsində malik olduğu 20 illik təcrübəni digər BMT üzv ölkələri ilə bölüşmək və bir model olaraq tətbiq edilməsinə yardım etmək hazırlığını ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info